Bu gün səhər saatlarından etibarən Ailə TV internet provayderinin fəaliyyəti dayanıb.
Problem lokal deyil və daha böyük miqyasda baş verib. Belə ki, yeraltı internet kabellərində qırılma qeydə alınıb. Nəticədə hazırda minlərlə abonent internet xidmətindən istifadə edə bilmir.
Abonentlərin bildirdiyinə görə, internetin kəsilməsi ilə bağlı provayder tərəfindən əvvəlcədən hər hansı xəbərdarlıq edilməyib, həmçinin yaranmış problemə görə üzr də istənilməyib.
Hazırda nasazlığın nə vaxt aradan qaldırılacağı ilə bağlı Ailə TV tərəfindən rəsmi açıqlama yayılmayıb. Məlumata görə, ərazidə işlər aparılır və bu böyük vaxt aparacaq.
Məsələ ilə bağlı provayderin mövqeyini öyrənməyə çalışırıq. Bizimesr.az