• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Dövlət laboratoriyalarında milyonluq korrupsiya sxemi - Mexanizm ifşa olunur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

25-03-2026, 16:00

Dövlət laboratoriyalarında milyonluq korrupsiya sxemi - Mexanizm ifşa olunur

Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində laboratoriyalarında mövcud vəziyyət qənaətbəxş olmadığına görə 2021-ci ilin ortalarından başlayaraq, bir sıra modernizasiya işlərinə başlanılıb. Müasir cihazlar alınıb və 2021-ci ilin ilk aylarından başlayaraq bütün ölkə üzrə təlimlər keçirilib.

Lakin aşağıdakı tədbirlər görülmədiyinə görə laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsinə müvəffəq olunmayıb:

1. Laboratoriyalarda fəaliyyət göstərən mütəxəssislərin təlimi natamam aparılın.

2. Müasir standartlarda olan tam avtomatik diaqnostik cihazlarda aparılan analizlərin metodologiyasına dair hec bir tədbir görülməyib.

3.Laboratoriyalarda klastrlar üzrə aparılacaq analizlər müəyyən olunmayıb.

4.Laboratoriyaların ehtiyacları düzgün müəyyən edilmədiyindən təhcizat üzrə dövrü tələbnamalər formalaşdırıla bilinmir.

5.Bu prosesdə 3 sahə üzrə(hematologiya, koaqulyasiya və sidiyin müayinəsi) müayinə ücün avadanlıqlar alınmışdır. Ancaq biokimya, immunologiya bölmələrinin qurulması üzrə iş görülməyib və avtomatlışdırılmış müasir standartlarda olan analizlərin aparılması təmin edilməyub.

TƏBİB-də kadr dəyişikliyi olduqdan sonra bu və ya digər səbəblərdən meydana gələn əhalidə tibb müəssisələrinə qarşı yaranan ciddi narazılıqların “aradan qaldırılması” adı altında dövlət səhiyyə sisteminə daxil olan laboratoriyaların idarəedilməsi qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq özəl müəssisələrin idarəsinə verilib.

1. “Referans Medikal Group”MMC ( bu MMC-nin məsul şəxsi TƏBİB-in laborator işci qrupunun üzvü olub, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun dostu və iş ortağıdır)

2. “Medicus” laboratoriyaları

3. “İnci ” laboratoriyaları – “Sağlam həyat” MMC adı ilə (bu təşkilatın məsul şəxsləri TƏBİB-in laborator işci qrupunun üzvləri olub)

Qeyd olunan proseslərin tənzimlənməsinin hüquqi əsasları olmadığından qeyri-qanuni olaraq bu müəssisələrlə icarə müqaviləsi baglanılıb. Bu zaman İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidmətindən icazə alınmayıb. Bu prosesin aparılmasında heç bir satınalma proseduru həyata keçirilmədən, qanunsuz birbaşa müqavilələr imzalanıb. Sonradan auditlər zamanı ciddi səs-küy yarandığından, müxtəlif xidmət göstərilməsi adı altında dolayı satınalma prosedurları həyata keçirilib və həmin şirkətlər qazanıblar.

Apardığımız araşdırma nəticəsində əldə etdiyimiz bir neçə maraqlı faktı nəzərinizə çatdırıram:

TƏBİB-in laborator işci qrupunun üzvləri həmin 3 şirkətin aparıcı simaları olub.
İcbari Tibbi Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər—- 2024-cü ildə 1,7 milyard AZN vəsait xərclənib.
Yuxarıda adları göstərilən laborator müəssisələrə ödənilən vəsaitlər bu mənbədən həyata keçirilib. Burada dövlət 2 dəfə dolandırılır – bir dəfə vəsaitlər dövlət müəssisələrinə ödənilir. 2-ci dəfə xidmət göstərilmə adı ilə özəl müəssisələrə ödənilir.

Göstərilən laborator xidmətlərin bütün xərcləri dövlət tərəfindən ödənilir:

1. Laboratoriyada işləyən işcilərin əmək haqqı

2. Kommunal xərclər

3. Mövcud cihaz və avadanlıqlar

4. Dövlət büdcəsinin vəsaiti hesabına satınalınmış reaktivlər və digər zəruri mallar

Yuxarıda qeyd olunan xərclər dövlət vəsaiti hesabına qarşılanmasına baxmayaraq, xidmətlərin dəyəri həmin özəl şirkətlərə İTS-in xidmətlər zərfi paketində qeyd olunan qiymətlərlə ödənir.

Beləliklə dövlət tərəfindən yaradılan PHŞ-lərdə dövlət vəsaitləri ilə alınmış avadanlıqlarda əməkhaqqları dövlət tərəfindən ödənilən personalla sığortaolunan Azərbaycan vətandaşlarına tibbi xidmət göstərilir. Lakin bu xidmətin haqqı Publik Hüquqi Şəxslərə çevrilmiş Tibb Mərkəzlərinə ödənilmək əvəzinə, bütün qanunvericilik tələbləri tapdanaraq, yandaş özəl şirkətlərə ödənilir. Bu misli görünməmiş korrupsiya cinayətidir!

Burada cox maraqlı mexanizm tətbiq edilir “X- Tibb Mərkəzi(XTM) “misalında bu prosesi izləyək:

a)Yaradılmış 2-ci, 3-cü, 4cü səviyyə laboratoriyalarda əhaliyə laborator xidmətlər “Xidmətlər zərfi” cərcivəsində göstərilir.

b) Ayın sonunda xidmətlər zərfi cərcivəsində göstərilən xidmətlərin hesab fakturası İTSDA-nə təqdim edilir(Orta hesabla ayda 150000-200000 AZN həcmində) və “X- Tibb Mərkəzi(XTM) PHŞ-nin hesabına ödənilir.
c) “X- Tibb Mərkəzi(XTM) sonra bu vəsaiti müqavilə bagladıgı(tamamilə ölkə qanunvericiliyinə zidd olaraq) “Referans Klinik Laboratoriya Mərkəzi”-nə köcürür.
d) “Referans Klinik Laboratoriya Mərkəzi”- isə laborator xidməti subpodratcı olaraq “Referans laboratoriyaları” gördüyündən bu vəsait ən sonda bu laboratoriyalara köcürülür.Bu isə göründüyü kimi klassik dövlət vəsaitlərinin cirkli yollarla yuyulmasıdır. 1 il ərzində 1.500.000-2.000.000 AZN vəsait.
Bu qədər vəsaitlə 1 ildə 500.000 əhalisi olan şəhərdə 4 ədəd 4-cü səviyyəli modern laboratoriya qurmaq olar.

Törədilən cinayətlərin miqyasını təsəvvür etmək ücün aşağıdakı cədvələ nəzər salaq;




Laborator bölmələr




Təxmini illik

Test Sayı

Zərflər paketi üzrə olan


qiymətlə

Təchizatçı tərəfindən olan qiymətlə


Artıq ödənilən Məbləğ

Orta Qiymət Məbləğ Orta Qiymət Məbləğ
Biokimya analizləri 18,000,000 7.00 126,000,000.00 3.00 54,000,000.00 72,000,000.00
Hormon və infeksiyalar üzrə analizlər


9,000,000

10.00


90,000,000.00

4.00


36,000,000.00




54,000,000.00

Hematoloji analizlər 15,000,000 6.00 90,000,000.00 2.00 30,000,000.00 60,000,000.00
Koaquloqramma analizləri 7,000,000 5.00 35,000,000.00 2.00 14,000,000.00 21,000,000.00
Sidik analizləri 8,000,000 4.00 32,000,000.00 1.00 8,000,000.00 24,000,000.00
Cəmi 373,000,000.00 142,000,000.00 231,000,000.00


Qeyd:

Yuxarıda qeyd edilən test sayları ölkə əhali sayı nəzərə alınaraq ilkin rəqəmlərə əsasən hesablanıb. Laborator xidmətlər ölkə üzrə tam təşkil olunacağı təqdirdə müvafiq rəqəmlər kifayət qədər artacaqdır.(231000000 AZN vəsait -xalqımızın maaşlarından ayrılan İcbari sığorta haqları TƏBİB rəhbərliyinin dost və ortaqlarının şirkətlərinə bu metodlarla köçürülür)

Yuxarıda qeyd edilənlərin əksinə TƏBİB yaradılış fəlsəfəsinə sadiq qalaraq və qanunların tələbini həmçinin öz nizamnaməsindən irəli gələn öhdəliklərini yerinə yetirməklə dövlət səhiyyə sisteminə daxil olan müəssisələrin laboratoriyalarının iş fəaliyyətinin tam müasir standartlara cavab verən qaydada təşkil edilməsini və xüsusən də əhalinin mövcud narazılıqlarının aradan qaldırılmasını təmin etməli idi.B

Bununla da ilk növbədə əhalinin mövcud narazılığı və səhiyyə sisteminə olan etibarsızlığı aradan qaldırılmış və müvafiq xəstəxanaların fəaliyyətinin keyfiyyətli və davamlı təşkil edilməsinə nail olunacaqdır.

Bunlara misal olaraq aşağıdakıları qeyd etmək olar:

İlk növbədə dövlət büdcəsinə illik yuxarıda qeyd edilən təxminən 231,000,000(iki yüz otuz bir milyon) manat vəsait qənaət edilərək, səhiyyənin digər zəruri xərclərinə yönləndirilmiş olacaq;
Həmçinin qənaət ediləcək məbləğlər müvafiq xəstəxanaların maddi-texniki bazasının gücləndirilməsinə və həmin laboratoriyaların işçi heyətinin sosial rifahının daha da yaxşılaşdırılmasına yönləndirilə bilər;
Müvafiq laboratoriyalardakı işçi heyəti üçün təlimlər və seminarlar təşkil edərək müvafiq sahədə qabaqcıl təcrübələrin və həmçinin müasir standartlara cavab verən laborator diaqnostik cihazların iş prinsipi və metadologiyalarının öyrənilməsi təmin edilməli;
Ümumi profil laboratoriyaların fəaliyyəti qabaqcıl beynəlxalq təcrübə və müasir standartlarda təşkil edilərək ölkə üzrə əhalinin zəruri laborator analizlərə olan ehtiyacları gecikdirilmədən və keyfiyyətli olaraq tam təmin edilməli;
Başqa maraqlı məqam isə Agentliklə müqavilə bağlamış tibb müəssisələri ilə olan məqamlardır:

(İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 3.4.3.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olmayan tibb müəssisələrinə tibbi xidmətlərə görə sığorta ödənişləri — 260 000 000 AZN xərclənib.)

Hansı kriteriyalar əsas götürülür?
Sərbəst rəqabət prinsiplərinə necə riayət olunur?
Özəl sektorla lazımsız yönləndirilmələrin qarşısı necə alınır?
Özəl sektora aid olan müəssisələrin bu vəsaitlərə bərabər çıxışı təmin edilirmi?
2024-cü ildə İcbari Tibbi Sığorta Dövlət Agentliyi 260.000.000 AZN vəsaitin müqaviləli tibb müəssisələrinin hansına və nə qədər məbləğdə ödədiyi barədə hesabatı açıqlamalıdır.
Bu proseslərin araşdırılması onu göstərir ki “X-TM” PHŞ-nin timsalında burada da olmayan xidmətlərin verilməsinin təşkili əvəzinə daha çox özəl sektordan xidmət alınmasına üstünlük verilir, bu zaman isə Səhiyyə strukturlarını idarə edən şəxslərin (burada əsas söz sahibi Hikmət İbrahimlidir) merkantil maraqları əsas hərəkətverici faktordur.

Məsələn “X-TM” PHŞ-nin tərkibində olan xəstəxanaların heç birində yeni şöbə açılmayıb və yeni ixtisas sahibləri olan həkimlər cəlb edilməyib. Bu isə əksinə kadr axıcılığına yol açır. Qeyri-qanuni olaraq ixtisaslı kadrların hər iki sektorda çalışmasına göz yumulur. Publik Hüquqi Şəxs olan “X-TM” PHŞ-nin vəsaitləri qazanmaq və müəssisəni inkişaf etdirmək əvəzinə, özəl sektora (bu prosesdə də korrupsiya elementləri var-özəl müəssisələrdən faiz alınır, vətandaşlardan isə bu yönləndirmə qarşılığında rüşvət alınır) vəsait axıdılır. Göndərişlə özəl tibb müəssisələrinə yönləndirilən xəstə axınına olan monopoliyaya İTSDA-nın tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli tam nəzarət edir. Bu axınlarda özünün nəzarətində olan tibb müəssisələrindən çox böyük məbləğlər əldə edir.

Bundan başqa özəl müəssisədə müalicə alan sığortalı şəxslərdən müxtəlif bəhanələrlə əlavə xərclər alınır (Sığorta məbləğini keçmisiz, daha keyfiyyətli materialdan istifadə edəcəyik və s).

Özəl tibb müəssisələrin rəhbərləri isə bu vəsaiti Səhiyyə qurumlarının rəhbərinə(burada əsas fiqur İTSDA-nın departament rəhbəri Hikmət İbrahimlidir) verdikləri faizi ödəmək üçün aldıqlarını söyləyirlər. Bu iddianı yoxlamaq üçün İTS xətti ilə yönləndirilmiş xəstələrin ödədikləri məbləği yoxlamaqla görmək olar.

Mətni orfoqrafik səhvlərdən təmizləyib, cümlə quruluşunu biraz da aydınlaşdırdım:

Təkliflər

* Özəl sektora yönləndirilmələr ciddi nəzarət altında, İTS və TƏBİB-dən asılı olmayan qurumun nəzarəti altında olmalıdır.

* Sərbəst rəqabətin təmin olunması məqsədilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olmayan tibb müəssisələrindən tibbi xidmətlərin alışı üzrə sığorta ödənişlərinə (2025-ci ildə İTSF-də nəzərdə tutulan məbləğ 430.000.000 AZN) digər özəl müəssisələrin çıxışını asanlaşdırmaq lazımdır.

* Dövlət sektorunda xidmət göstərilməyən sahələrdə vətəndaşa anlaşmalı tibb müəssisələrini seçmək hüququ verilməlidir.

* Korporativ idarəetmə modelləri regionlardakı tibb müəssisələrində də tətbiq edilməlidir.

* Dövlət-özəl tərəfdaşlığı haqqında qanuna müvafiq olaraq, xəstəxanaların bölmələri və xidmətlərinin özəl sektora verilməsinin mümkünlüyü araşdırılmalıdır.
Dövlət laboratoriyalarında milyonluq korrupsiya sxemi - Mexanizm ifşa olunur

Qeyd edək ki, TƏBİB və digər adı çəkilən qurumların mövqeyi hələ ki açıqlanmayıb.

Adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. /Nocomment/

Oxunub: 38
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

29-09-2025, 09:43

Pediatriya Mərkəzində niyə laborator müayinə aparılmır? Şəfəq Əhmədova pasiyenti qəbul etmədi…-Şikayət [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

3-02-2025, 12:36

Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-07-2024, 10:51

“Yeni Gəncə Tibb Mərkəzi”ndə KÖHNƏ OVQAT... - İTTİHAM VAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Bölgə

3-02-2024, 14:14

Salyanda “2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirilib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabah 39 dərəcə isti olacaq
Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub
Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
Prezident Mərakeş Kralını təbrik etdi
Bakının bəzi ərazilərində işıq kəsiləcək
Hadisə
29-07-2026, 08:58
Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
27-07-2026, 10:04
33 yaşlı kişi Qarabağ kanalında batıb
25-07-2026, 11:39
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
6-07-2026, 10:32
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Son xəbərlər
  • Bugün, 13:14
    Sabah 39 dərəcə isti olacaq
  • Bugün, 12:48
    Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb
  • Bugün, 11:52
    Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub
  • Bugün, 11:20
    Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək
  • Bugün, 10:53
    Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir
  • Bugün, 10:11
    Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
  • Bugün, 09:49
    Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb
  • Bugün, 09:31
    Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq
  • Dün, 11:19
    Prezident Mərakeş Kralını təbrik etdi
  • Dün, 10:52
    Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb
  • Dün, 10:08
    Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb
  • Dün, 09:35
    CHP-li bələdiyyə sədri saxlanıldı
  • Dün, 09:09
    Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır
  • Dün, 08:53
    Bakının bəzi ərazilərində işıq kəsiləcək
  • 29-07-2026, 18:27
    Magistratura imtahanının nəticələri elan olunub
  • 29-07-2026, 17:49
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • 29-07-2026, 17:26
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • 29-07-2026, 16:56
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • 29-07-2026, 15:52
    Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH
  • 29-07-2026, 15:21
    Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
  • 29-07-2026, 14:56
    Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
  • 29-07-2026, 13:09
    Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
  • 29-07-2026, 12:32
    Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib
  • 29-07-2026, 11:44
    Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək
  • 29-07-2026, 11:25
    Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib
  • 29-07-2026, 10:26
    Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
  • 29-07-2026, 09:54
    Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb
  • 29-07-2026, 09:19
    Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
  • 29-07-2026, 08:58
    Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
  • 28-07-2026, 15:13
    Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
  • 28-07-2026, 14:48
    Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
  • 28-07-2026, 14:20
    Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
  • 28-07-2026, 14:04
    Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub
  • 28-07-2026, 12:16
    XİN Perunu Milli Günü münasibətilə təbrik edib
  • 28-07-2026, 11:16
    Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə