• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Xalid Ələkbərov: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

2-04-2024, 14:45

Xalid Ələkbərov: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu


Tam səmimiyyətlə demək istəyirik ki, “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Xalid Ələkbərovun barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!

“Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov - Bu gün rəşadətli Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan Aprel döyüşlərindən səkkiz il keçir. Aprelin 1-5 tarixlərində baş verən, xalqımızın yenilməzliyinin, məğrurluğunun növbəti nümayişi olan bu döyüşlər Silahlı Qüvvələrimizin hansı imkanlara, gücə, qüdrətə malik olduğunu təsdiqlədi. 30 illik işğal dövründə Qarabağ münaqişəsinin nizamlanması prosesindən bəhs edilərkən daim bu mühüm məqam xüsusi vurğulanırdı ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb yolunun seçilməsi şəksizdir. Təbii ki, bu əminlik ordu quruculuğu istiqamətində görülən işlərə, Silahlı Qüvvələrimizin döyüş ruhunun, qələbə əzminin artırılmasına yönələn addımlara əsaslanırdı. 2016-cı ilin Aprel döyüşləri şanlı Zəfərimizə gedən yolun başlanğıcı, Azərbaycan Ordusunun üzərinə düşən missiyanı şərəflə yerinə yetirmək imkanlarına malik olmasının təqdimatı kimi çağdaş tariximizə düşdü. 2016-cı il aprelin 2-nə keçən gecə erməni silahlı birləşmələri cəbhə xətti boyu bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutdu. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilərək düşmənə qəti cavab zərbələri endirildi. Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Silahlı Qüvvələrimiz düşməni məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi, strateji əhəmiyyətli Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi azad edildi, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Xalid Ələkbərov: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu


Dörd gün davam edən bu döyüşlər çoxəsrlik tariximizə şanlı Zəfər səhifəsini yazdı. Aprel döyüşlərindən sonra xalqımızın bu gün artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin tezliklə həllini tapacağına, torpaqlarımızın işğaldan azad edilərək əzəli və əbədi sahibinə qovuşacağına, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacaqlarına inamı daha da artırdı. Aprel döyüşləri işğalçı dövlətin və ona havadarlıq edənlərin keçmiş Qarabağ münaqişəsinin həllində hərb yolu seçiləcəyi təqdirdə Azərbaycanın məğlubiyyətə uğrayacağı ilə bağlı səsləndirdikləri sərsəm fikirlərin nə qədər əsassız olduğunu bütün dünyaya göstərdi. Bu döyüşlər ermənilərin, erməni lobbisinin və diasporunun illərdir yaratdıqları “məğlubedilməz Ermənistan ordusu” mifini dağıtdı. Dünya Azərbaycan Ordusunun böyük imkanlara malik olduğunun şahidinə çevrildi.
Xalid Ələkbərov: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu


Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən tarixi qələbədir. Azərbaycan Ordusu bir daha sübut etdi ki, hər bir təxribatın qarşısı qətiyyətlə almağa, düşməni diz çökdürməyə qadirdir. Dövlət başçısı İlham Əliyevin Aprel döyuşlərindən sonra, 2017-ci ildə Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılış mərasimindəki çıxışında “Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır” çağırışını edən Prezident İlham Əliyev, həmçinin bildirdi ki, təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətlərini bundan sonra da davam etdirə bilərlər. Həmin sessiyada 2016-cı ilin Aprel döyüşlərinə xüsusi diqqət yönəldən cənab İlham Əliyev qeyd etdi ki, Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.

Xalid Ələkbərov: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu


Aprel döyüşlərinin ardınca 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan Ordusunun döyüş ruhunun, qələbə əzminin növbəti təqdimatı oldu. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistana tarixdə heç zaman unuda bilməyəcəyi dərs verildi. 44 gündə 30 ilin işğalına son qoymaq, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etmək, dünya güclərinin öhdəsindən gələ bilmədiyi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin təkbaşına icrasına nail olmaq Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini nümayiş etdirdi.

Elçin Bilalov Aprel döyüşlərinin tarixi əhəmiyyəti sırasında həmin vaxtdan başlayaraq Böyük Qayıdış prosesinə start verilməsini xüsusi qeyd edib. Bildirib ki, Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Böyük Qayıdış prosesinə start verildi. Cocuq Mərcanlı Böyük Qayıdışın ilk ünvanı oldu. Xalqımız bu qayıdışı böyük sevinc və qürur hissi ilə qarşıladı. Belə bir əminlik yarandı ki, tarixi torpaqlarımıza qayıdış davamlı olacaq.
Xalid Ələkbərov: Aprel döyüşləri tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu


Bu gün artıq tarixin arxivində pas atmaqda olan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanının yaradılması, həmçinin ordumuzun gücünün, qüdrətinin artırılması, xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi gələcəyə daha böyük inamla addımlamağımıza əsas verdi. Dövlətimiz daim ordu quruculuğuna xüsusi diqqət yetirərək onun maddi-texniki bazasının möhkəmləndirilməsi, Silahlı Qüvvələrin döyüş hazırlığının beynəlxalq standartlara cavab verməsi istiqamətində mühüm addımlar atdı və bu gün də həmin proses davam etdirilir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşması bu sahədə görülən işlərin nəticəsidir. Tarixi Zəfərimizdən üç il sonra, ötən ilin sentyabrında rəşadətli ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. İşğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağı dalğalandı. Xankəndi şəhərində Zəfər paradının keçirilməsi, bu ilin mühüm hadisəsi, yeni dövrün başlanğıcı olan 7 fevral növbədənkənar prezident seçkilərində dövlət başçısı İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs vermələri, Müzəffər Ali Baş Komandanın Novruz tonqalını Xankəndidəki Zəfər meydanında alovlandırması, Xocalı faciəsinin 32-ci ildönümünün Xocalı şəhərində qeyd edilməsi və ölkə Prezidentinin bu məkanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü, bu il keçmiş məcburi köçkünlərin Füzuli və Laçın şəhərlərinin davamı olaraq Xankəndiyə, Xocalıya, Şuşaya, Kəlbəcərə və Cəbrayıla qayıdacaqları və sair kimi biri-birindən mühüm hadisələr tarixi ədalətin təntənəsi olmaqla yanaşı, Aprel döyüşlərindən başlanan yolun xalqımıza və dövlətimizə bəxş etdiyi möhtəşəm uğurlarıdır. Hazırda bütün işğaldan azad edilmiş ərazilərimiz dirçəlir, cənnət məkana çevrilir. Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min soydaşımızın doğma yurd-yuvasına qayıdışı hədəflənib.

Bu gün hər bir azərbaycanlı səkkiz il əvvəl Lələtəpədə ucaldılan Azərbaycan Bayrağının işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanmasından böyük qürur hissi keçirir.

Oxunub: 72
Paylaş:
Digər xəbərlər

---

14-11-2023, 13:02

Şər və Böhtan yazanlara tutarlı CAVAB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

30-10-2023, 13:35

ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! Şər və Böhtan yazanlara tutarlı cavab - Manaf Manafov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

19-07-2023, 12:28

Xalid Ələkbərov: Operativ, qərəzsiz və dürüst [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

8-06-2023, 09:37

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......Əvəz Qocayev [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

15-05-2023, 11:54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir - ÖZƏL [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
“Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
“İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
“106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Hadisə
30-06-2025, 18:42
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
26-06-2025, 09:25
Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb
12-06-2025, 09:16
Sabirabadda mağazada meyit tapılıb.
10-06-2025, 17:34
Dərya qarpızdan zəhərlənməyib - Rəsmi
5-06-2025, 09:30
Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
29-05-2025, 12:37
Elgün həmin binadan yıxılıbmış - Rəsmi
Son xəbərlər
  • Bugün, 09:43
    “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
  • Bugün, 09:14
    Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
  • Bugün, 08:43
    Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
  • Dün, 19:53
    “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
  • Dün, 19:21
    Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? -Video
  • Dün, 18:42
    “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
  • Dün, 16:50
    Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
  • Dün, 16:34
    “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
  • Dün, 16:11
    “Baku Elektroniks”də pozuntular aşkarlandı
  • Dün, 15:48
    İyirmi ştat Tramp administrasiyasına qarşı iddia qaldırıb
  • Dün, 15:18
    FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
  • Dün, 14:43
    Ölkənin MÜDAFİƏ SƏNAYESİNİ KOLXOZ BAZARINA DÖNDƏRİB... - ŞOK FAKTLAR...
  • Dün, 14:18
    Keçmiş məktəb direktoru haqda şok ittihamlar - ŞİKAYƏT
  • Dün, 13:55
    Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
  • Dün, 13:17
    Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
  • Dün, 12:45
    İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
  • Dün, 12:09
    Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
  • Dün, 11:33
    “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
  • Dün, 10:53
    “Palma Kafe”də Müştəri Biabırcılığı
  • Dün, 09:54
    Sahib Məmmədov tam KOLXOZ SƏDRİDİR - İLGİNC FAKTLAR
  • Dün, 09:21
    Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video
  • Dün, 08:50
    Azərbaycan polisi 107 yaşında
  • 1-07-2025, 20:00
    “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
  • 1-07-2025, 19:22
    İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət
  • 1-07-2025, 16:49
    Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
  • 1-07-2025, 16:38
    Rusiya Azərbaycana nota verib
  • 1-07-2025, 16:08
    “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?
  • 1-07-2025, 15:26
    Xırdalanda mənzil obyektə necə çevrildi? -Video
  • 1-07-2025, 14:45
    “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
  • 1-07-2025, 14:28
    “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı
  • 1-07-2025, 14:00
    Məmur İntiqam Məmmədov iranlı tacirlə müştərək kərə yağı idxalına girişib - FOTO-FAKT
  • 1-07-2025, 13:04
    Emin Əmrullayevə AÇIQ MƏKTUB – Nazirlər Kabinetinin qərarı olmadan evdə fərdi təhsil məktəblərini necə bağlayırsınız
  • 1-07-2025, 12:32
    "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
  • 1-07-2025, 12:05
    Bu dəfə Yeni Yasamalda yol çökdü
  • 1-07-2025, 11:32
    Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə