• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“HATTUŞA TATİL"in, yoxsa “APAYDIN TATİL"in vədləri - CAVABSIZ QALAN SUALLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

23-08-2024, 12:06

“HATTUŞA TATİL"in, yoxsa “APAYDIN TATİL"in vədləri - CAVABSIZ QALAN SUALLAR

Mətbuatda yazıldığına görə, Doğan Jeotermal Şirkətlər Qrupunun əsas firması olan Doğan Jeotermal 1990-cı ildən fəaliyyət göstərir və əsasən infrastruktur və üst quruluşun tikintisi, sənaye obyektləri, korporativ mənzil və sənaye binalarının tikintisi ilə məşğul olur. Şirkətin İdarə Heyətinin sədri Mehmet Ali Doğan adlı bir şəxsdir. Deyilənə görə, şirkətin Türkiyədə təxminən 5000 işçisi var. Bildiyimizə görə, Doğan Jeotermal Şirkətlər Qrupu 2000-ci illərin əvvəllərində termal sağlamlıq turizmi sahəsinə də əl qoyub və klubun termal sağlamlıq turizmi üzrə brendi Hattuşa Vacation Thermal Club layihəsidir. Türkiyənin termal turizm şirkətlərindən biri olan “Hattuşa Tatil Klubu" həm də “Hattuşa Azərbaycan” adlı bir layihə həyata keçirir. Bizi daha çox bu layihə maraqlandırdığı üçün onun üzərində dayanacağıq. Bəri başdan onu deyək ki, "Hattuşa Tatil Klubu" Azərbaycana çox böyük vədlərlə gəlmişdi… Böyük investisiya qoymaq, tikinti işləri aparmaq, yeni iş yerləri açmaq, ölkə əhalisinin maddi durumuna dəstək olmaq və s. və i.a. Amma sonda bəlli olur ki, Hattuşa nəinki Azərbaycana heç bir investisiya gətirməyib, əksinə Azərbaycan əhalisinin "cibinə girmək"lə, kimi necə gəldi aldatmaqla məşğuldur. Özü də Bakı şəhərinin düz mərkəzində - Nərimonov metrosunun üstündəki “Çinar park” biznes mərkəzində… Bu barədə irəlidə… Mətbuatda yazılana görə, Hattuşa Vacation Thermal Clubu təxminən 10.000-dən çox yataq tutumu olan mehmanxanalara malikdir, lakin onların Türkiyənin hansı yerlərində yerləşdiyini öyrənə bilmədik. Ümumiyyətlə, "Hattuşa Tatil Klubu" barədə Azərbaycan mətbuatında informasiya yox dərəcəsindədir. Yalnız bir dəfə saytlar informasiya verib, bu da Mehmet Ali Doğanın Bakıda fevralın 17-də “Four Seasons” hotelində Azərbaycandakı layihəsi ilə bağlı olub. Saytlarda həmin tədbiri çox gurultulu başlıqlar altında təqdim edib: “Vətəndaşları işlə təmin edəcək layihə - Türkiyə şirkəti Azərbaycanda!” (https://azertag.az/xeber/__ vetendaslari_isle_temin_edecek_layihe___turkiye_sirketi_azerbaycanda-2931523, https://fed.az/az/biznes/vetendaslari-isle-temin-edecek-layihe-turkiye-sirketi-azerbaycanda-fotolar-vi%CC%87deo-192324). Bundan sonrakı dövrdə yalnız Samira Səfərəliyeva adlı şəxsin Apaydın MMC-yə işçi dəvəti ilə bağlı elanları dərc olunub. Elana inanıb gedənlər indi qapılarda qalıblar. MMC-nin işə qəbul etdiyi adamların əksəriyyəti maaşlarını ala bilməmələrindən şikayətçi olmuşlar. Yalnız onların “Gündəm Xəbər Qəzeti Redaksiyası"na müraciətindən və redaksiya əməkdaşının şirkətə göndərdiyi rəsmi sorğudan sonra onların bəzilərinin əmək haqları ödənilib. Şirkətin Ziya Quliyev adlı işçisi isə indiyə qədər əmək haqqını ala bilməyib, Maaşını tələb edərkən ona vəkillə görüşmək şərti qoyulub, niyə vəkillə? Dünyanın harasında əmək haqqını vəkil verir və ya vəkillə görüşdən sonra verirlər? Bu da Mehmet Ali Doğanın Azərbaycan vətəndaşlarını işlə təmin etmək vədi!!!
Şirkətin İdarə Heyətinin sədrinin 23.02.2024 tarixində "Azərtac"a verdiyi müsahibədə Hattuşa Azərbaycan Tatil Klubunun Hattuşa mübadilə sistemi sayəsində Türkiyə, Avropa və digər dünya ölkələrindən Azərbaycana qısa müddətdə çox böyük turist ordusu gətirəcəyini və Azərbaycan iqtisadiyyatına töhfələr verəcəyini bildirmişdi. Yarım ildən çox keçməsinə baxmayaraq, Hattuşanın Azərbaycana turist gətirməsi vəddən o yana keçməyib. İrəlidə Hattuşanın Azərbaycanda nə ilə məşğul olması barədə ətraflı məlumat verəcəyimizə görə hələlik bu barədə geniş danışmırıq.
Hattuşanın iş elanına baxaq. Elanda deyilir: Şirkət 20-30 yaş arası qadınlar axtarıır. Və namizələrdən yüksək inandırma qabiliyyəti, Azərbaycan dilində səlis danışıq bacarığı, Microsoft Office proqramları üzrə bilik və bacarıqlar tələb olunur. İnternet və dil bilgiləri ilə bağlı qoyulan tələblərlə işimiz yoxdur. (Tələblər yüksək, maaş isə cəmi 450 manat) (https://tr.linkedin.com/posts/samira-safaraliyeva-7a16991a1). Amma elanla bağlı məndə iki sual doğur: birincisi, niyə 20-30 yaş arası qadınlar, ikincisi, niyə inandırmaq qabiliyyəti? Bu iki şərt, bizcə, şirkətin niyyəti barədə əvvəlcədən məlumat verir. Təbii ki, ölkədə işsizlik var və həmin elandan sonra neçə-neçə gənc MMC-yə (?) üz tutub. Və bu gün də onlar qapılarda qalıblar, əmək haqlarını ala bilmirlər... Onların şikayət ərizələri qarşımdadır... Müxtəlif bəhanələrlə “sabah gəlin” deyə süründürməçiliyə məruz qalıblar.
Şirkət Azərbaycana gələndə böyük investisiyalar qoymağı vəd eləmişdi. Sən demə, bu sözlər hamısı mətbuat üçün imiş. Bəs Azərbaycan iqtisadiyyatına və vətəndaşlarına töhfə gətirməyi vəd edən şirkət nə ilə məşğul olur? Şirkətdə bir aydan bir qədər az müddətdə çalışmış, adının anonim saxlanılmasını istəyən şəxs yuxarıda qoyulan sualları cavablandırarkən dedi: Şirkət ümumi tanıtımını "Hattuşa Tatil Klubu" MMC kimi həyata keçirdiyi halda, işçilərlə və müştərilərlə müqavilələri “Apaydın Tatil” MMC adı ilə bağlayır. Bu, ikiləşdirmə nəyə xidmət edir?
İşçilər və müştərilərlə müqavilə bağlayan “Apaydın Tatil” MMC özü barədə məlumatları niyə gizli saxlayır? Niyə özünü daha çox "Hattuşa Tatil Klubu" kimi təqdim edir? Bizcə bu, sabahkı problemdən yaxa qurtarmaq məqsədi daşıyır. Sabah problem yaranarsa, müştəri və işçilər kimin yaxasından tutacaq? "Hattuşa Tatil Klubu"nun, yoxsa “Apaydın Tatil” MMC-nin? İndi keçək “Apaydın Tatil” MMC-nin konkret fəaliyyət sahəsinə! Yuxarıda qeyd etmişdik ki, şirkətin sədri Azərbaycana böyük investisiya ilə gəldiyini və yeni iş yerləri açacağını bəyan etmişdi. Lakin çox qısa zamanda məlum oldu ki, şirkət nəinki Azərbaycana heç bir investisiya gətirmək fikrində deyil, əksinə, Azərbaycan vətəndaşlarınıın əlində olanı tutub alıb, xaricə daşımaqdır. Proses necə gedir? işçilər nə ilə məşğul olur? Yuxarıda inandırmaq tələbindən danışdıq. Bəli, məsələ insanları inandırıb əlindəkini tutub almaqdır. Özü də bütün vasitələrlə! Yəni şirkətin əməkdaşları istənilən formada - pul, qızıl, telefon, saat, torpaq mülkiyyəti və s. şəkildə ödənişləri qəbul etməyə hazır olduqlarını bildirirlər. Bu nə ödənişdir və nəyə görə ödənişdir? Keçək əsas məsələyə! Baxmayaraq ki, şirkətin sədri ilk müsahibəsində Azərbaycana turist cəlb edəcəyini bəyan etmişdi, sonda belə çıxır ki, turistləri Azərbaycana gətirmək yox, Azərbaycandan aparmaq niyyəti varmış. Şirkət əməkdaşları bildirirlər ki, onlar Türkiyənin müxtəlif yerlərində insanların istirahətini təşkil etmək işi ilə məşğul olurlar. Amma bunun üçün gərək adamlar bir neçə ilin istirahət pulunu qabaqcadan ödəsinlər. Yəni Hattuşa Tatil Klubu ilə 5 və ya 10 illik müddətə müqavilə bağlayıb klubun üzvü olsunlar. Müqavilənin qiyməti isə nə az - nə çox 10-15 min manat arasında nağd vəsait olmalıdır. 2 min - 3 min manat ilkin ödəniş etməklə kredit də götürmək olar. Bu pulu ödəyən şəxs, gedib Türkiyədə Hattuşanın hansısa jeotermal düşərgəsində pulsuz bir həftə dincələ bilər. Amma şirkət elə birinci addımda müştərilərini aldadır, pulsuz deyilən həftəlik istirahətə görə 250 dollar komendant pulu tələb edir. Üstəlik, hər bir adam özü və aliəsi üçün də ayrıca bilet almalıdır. Bunlar aydın! Bəs müqavilə ilə bağlı hər hansı mübahisə yaranarsa, bu necə öz həllini tapmalıdır? Şirkətin müqaviləsində problemin məhkəmə həlli variantı istisna təşkil edir. Ən əsası isə alınan pul üzərində nəzarət mexanizmi yoxdur.

P.S. “APAYDIN TATİL” MMC-nin və “HATTUŞA TATİL KLUBU”n xanım əməkdaşının bizə təqdim etdiyi azlizadehb4groups@gmail.com ünvanına 01 avqust 2024-cü il tarixində, saat 13:04-də sorğu göndərsək də, bu günə qədər sorğumuza cavab ala bilməmişik. Ona görə də, məqaləni birtərəfli dərc etmək məcburiyyətində qaldıq. GundemXeber.az redaksiyası olaraq yenə də qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Ardı var...

GundemXeber.az
Güney İbrahimov

Oxunub: 122
Paylaş:
Digər xəbərlər

Gündəm / Hadisə

31-07-2024, 14:46

Azərbaycan Ordusunun hərbçiləri Laçında kükürd qazlı termal sularda çimərkən həlak olub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-07-2024, 14:25

AYNA-nın 6.5 milyonluq anlaşması: Bahalı layihə, ya şişirtmə? - DETALLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-06-2024, 17:05

Ayasofya məscidinin elektron surəti yaradıldı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

16-02-2024, 13:43

Sumqayıtda elektrikli avtobus istehsal olunacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

12-06-2023, 13:07

Prezident Berri Sternlixi qəbul etdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır
Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək
M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
Xəzər dənizində zəlzələ olub
Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
Hadisə
22-08-2026, 12:12
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
22-08-2026, 11:01
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
20-08-2026, 10:10
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
18-08-2026, 13:45
Bakıda istifadəsiz tikilidə yanğın baş verib
15-08-2026, 12:55
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
14-08-2026, 09:36
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
Son xəbərlər
  • 22-08-2026, 16:35
    Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub
  • 22-08-2026, 15:57
    Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb
  • 22-08-2026, 15:14
    Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı
  • 22-08-2026, 14:21
    Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır
  • 22-08-2026, 13:38
    Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək
  • 22-08-2026, 12:57
    M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
  • 22-08-2026, 12:12
    Bakıda oğurluq edən şəxslər saxlanılıblar
  • 22-08-2026, 11:58
    İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
  • 22-08-2026, 11:01
    DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
  • 22-08-2026, 10:19
    Xəzər dənizində zəlzələ olub
  • 22-08-2026, 09:52
    Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir
  • 21-08-2026, 18:26
    CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib
  • 21-08-2026, 17:49
    Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
  • 21-08-2026, 17:14
    "Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb
  • 21-08-2026, 14:32
    İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir
  • 21-08-2026, 14:20
    İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
  • 21-08-2026, 13:40
    Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
  • 21-08-2026, 12:38
    Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib
  • 21-08-2026, 11:42
    Kəlbəcərə dolu düşüb
  • 21-08-2026, 11:00
    Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
  • 21-08-2026, 10:18
    Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
  • 21-08-2026, 09:35
    BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr
  • 20-08-2026, 18:00
    Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib
  • 20-08-2026, 17:27
    TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək
  • 20-08-2026, 17:15
    Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq
  • 20-08-2026, 17:03
    Azərbaycanda turistlər üçün dəmiryol bileti paketləri tətbiq ediləcək
  • 20-08-2026, 16:19
    Paşinyan: Yerasx-Naxçıvan dəmir yolu sahəsinin təmiri dövlət hesabına aparılacaq
  • 20-08-2026, 15:38
    Qətər XİN rəhbəri: Hörmüz ətrafındakı gəmiçilik bərpa edilməli və "şantaj"a son qoyulmalıdır
  • 20-08-2026, 14:53
    Rusiya başladığı müharibəni uduzur
  • 20-08-2026, 13:46
    Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib
  • 20-08-2026, 12:50
    Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq
  • 20-08-2026, 12:30
    ABŞ-də təyyarə polis helikopterinə çırpılıb, ölən və yaralananlar var
  • 20-08-2026, 10:42
    İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır
  • 20-08-2026, 10:10
    DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
  • 20-08-2026, 09:44
    Azərbaycan neftinin qiyməti 95 dolları keçib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə