• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Göyçayda fermerlər ÇƏTİN DURUMDA - "Bir budaqda üç nar var, üçü də çürükdür..." [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

1-10-2024, 15:45

Göyçayda fermerlər ÇƏTİN DURUMDA - "Bir budaqda üç nar var, üçü də çürükdür..."

Nar və xurma istehsalçılarının bir çoxu builki mövsümdə məhsuldarlığın az olmasından şikayətçidirlər. Fermerlər deyirlər ki, hava şəraiti səbəbindən meyvələr ağacda xarab olub.

Göyçaylı fermer Nadir İsayev bildirib ki, xəstəlik səbəbindən xurmalar ağacda çürüməyə başlayıb.

“Bir balaca külək əsən kimi xurma tut kimi töküldü. Ağacda qalan məhsullar da zaydır, uzun müddətdir belə vəziyyətlə qarşılaşmamışdım”, – fermer bildirib.

Şikayətçi deyib ki, tanıdığı bir çox fermer də zərərlə üzləşib: “Şıxbəy kəndində yaşayan yaxınlarımın bağında da vəziyyət belədir. Bu il gözümüzü xurmadan gələcək gəlirə dikmişdik, o da beləcə zay oldu”.

Fermerlər hesab edirlər ki, bağlarda xəstəlik hava şəraiti və dərmanın keyfiyyətsizliyindən artıb.

Göyçayın nar bağlarında da məhsuldarlıq az olub. Rayonun Bığır kəndindən fermerlər narların ağacda çürüdüyünü deyirlər.

“Bir budaqda üç nar var, üçü də çürükdür. Elə fermer var ki, 50-60 faiz məhsulu xarab olub. Qoyulan xərci güclə çıxaracağıq. Halbuki ötən il qazancımız yaxşı olub”, – fermer Sahib Musayev deyib. Onun sözlərinə görə, may-iyunda havanın soyuq keçməsi, ardınca intensiv yağışlar, sonra istilik xəstəliyin əmələ gəlməsinə səbəb olub. Qurda, ziyanvericilərə qarşı dərmanlar kömək etməyib.

Fermerlər deyirlər ki, dərmanlar keyfiyyətsiz olduğundan işə yaramır, xərcləri artsa da, qazancları get-gedə azalır:

“Tək xurma, narda deyil, əksər sahələrdə vəziyyət belə oldu. Dərmanların keyfiyyətinə kim cavabdehdir, tərkibi necə yoxlanılır? Hamı narazıdırsa, deməli, problem var. Yoxlama aparılmalıdır, dərmanın keyfiyyətinə nəzarət olunmalıdır”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə Meydan TV-yə deyib ki, məhsuldarlığın az olması, meyvə bağlarına xəstəlik düşməsi yalnız hava şəraiti ilə əlaqələndirilməməlidir.

“Bunu məhz hava şəraiti ilə əlaqələndirmək istəyənlər var. Bu sahə ilə peşəkarlar məşğul olmalıdırlar. Keçmişdə də quraqlıq, şaxtalı hava, yaxud yağışlar olub. Bunun qarşısını aqrotexniki qaydalarla almaq mümkündür”, – Məhərrəmli deyib.

Ekspertin sözlərinə görə, aqrotexniki qaydalara düzgün riayət edilsə, bitki stress amillərə dözümlü olar. Azərbaycanda kənd təsərrüfatı istehsalı ilə məşğul olanların təxminən 95 faizinin bu sahədən anlayışı yoxdur. Fermerlər ata-babalarının təcrübəsindən yararlanırlar. Halbuki dövr dəyişib:

“Meyvəçilik, o cümlədən bostançılıqda hava şəraitini bəhanə gətirib gözləmək olmaz. Torpaqda lazımı qədər meneral maddələr olarsa, bitki normal inkişaf edir, stress amili olmur”.

V.Məhərrəmli qeyd edib ki, nar əkilmiş ərazilər artsa da, nar ixracı təxminən iki dəfə azalıb:

“Hər dəfə çıxışlarında deyirlər ki, narçılığın genişlənməsi nəzərdə tutulub. Bəs ixrac niyə azalıb? Məhsuldarlıq niyə azalıb, keyfiyyət niyə aşağı düşüb? Amma iki-üç il əvvəl həm məhsuldarlıq, həm də keyfiyyət yüksək olub. Fermerlər peşəkarlardan məsləhət almalıdırlar. İqlim dəyişib, yanaşma da dəyişməlidir. Dəyişən iqlim şəraitinə uyğun yanaşma olmalıdır”.

Ekspert hesab edib ki, fermerlər aqronomla müqavilə bağlamalıdırlar, mütəxəssis sahələrə baxış keçirərək məsləhətlər verməlidirlər. Əks halda artan xərclərin qarşılığında qazanc əldə etmək mümkün olmayacaq.

Oxunub: 124
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

29-08-2024, 16:26

Sabirabadda fermerlər narahatdır: Pambıq sahələrinə sovka yayılıb, Nazirlikdən isə xəbər yoxdur... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

21-02-2024, 11:21

Ermənistan təşvişdə: "Afrika vəbası" tüğyan edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

13-01-2024, 09:40

Dağlıq və dağətəyi rayonlarda qar yağıb, Bakıda külək güclənib - FAKTİKİ HAVA [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

3-07-2023, 13:35

Bu şəxslərin nəzərinə: Kompensasiya alacaqlar - RƏSMİ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

19-06-2023, 09:58

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək - RƏSMİ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Bugün, 14:20
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
Bugün, 12:30
“Fast food” yeyən yeniyetmələr zəhərləndi
Bugün, 12:00
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
Bugün, 10:30
Sumqayıtda piyadanı maşın vurub öldürdü
Bugün, 09:00
Nemət Pənahov vəfat etdi
Bugün, 08:31
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
Son xəbərlər
  • Bugün, 15:30
    Əhməd dünya çempionu oldu!
  • Bugün, 15:00
    "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
  • Bugün, 14:30
    Danla Bilic yenidən əməliyyat olundu
  • Bugün, 14:20
    Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
  • Bugün, 14:00
    “Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”
  • Bugün, 13:00
    Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
  • Bugün, 12:33
    Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
  • Bugün, 12:32
    "Belə kişidən boşanmaq lazımdır"
  • Bugün, 12:30
    “Fast food” yeyən yeniyetmələr zəhərləndi
  • Bugün, 12:00
    Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
  • Bugün, 11:42
    "Belə kişidən boşanmaq lazımdır"
  • Bugün, 11:42
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • Bugün, 11:23
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • Bugün, 11:23
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Bugün, 11:00
    Efirdə robotlarla davaya çıxdı
  • Bugün, 10:50
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Bugün, 10:50
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Bugün, 10:30
    Sumqayıtda piyadanı maşın vurub öldürdü
  • Bugün, 10:00
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Bugün, 09:00
    Nemət Pənahov vəfat etdi
  • Bugün, 08:46
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Bugün, 08:31
    Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
  • Bugün, 08:31
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • Dün, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • Dün, 19:53
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:30
    Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb
  • 3-10-2026, 19:20
    “Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
  • 3-10-2026, 19:19
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:17
    Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • 3-10-2026, 19:16
    Metroda halı pisləşən kişi öldü
  • 3-10-2026, 19:15
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:30
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • 3-10-2026, 14:10
    Elzanın gəlinlərə arzusu: “İki il qayınananızla qalın”
  • 3-10-2026, 14:06
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:05
    Bakının bu hissəsində maşınların hərəkəti tam qadağan olunur
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə