• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

31-10-2024, 20:08

Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı

Oktyabrın 31-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin 8-ci iclası olub.

Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev artıq COP29-a sayılı günlərin qaldığını qeyd edərək Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan ötən dövr ərzində COP29-a ciddi hazırlıq prosesinin daha da sürətləndirildiyini və yekunlaşmaqda olduğunu vurğulayıb.

Samir Nuriyev Prezident İlham Əliyevin oktyabrın 17-də Bakı Olimpiya Stadionunda aparılan genişmiqyaslı hazırlıq işləri ilə növbəti dəfə tanış olaraq tapşırıq və göstərişlər verdiyini nəzərə çatdırıb.

Təşkilat Komitəsinin sədri Azərbaycana və Prezident İlham Əliyevə hörmətin bariz nümunəsi olaraq COP29 Liderlər Sammitində 100-dən artıq dövlət və hökumət başçısının, vitse-prezidentlərin iştirakının gözlənildiyini bildirib.

Samir Nuriyev əlavə edib ki, COP29-da iştirak üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi vasitəsilə 50 mindən artıq şəxs qeydiyyatdan keçib və bu proses davam etdiyi üçün say daha da artacaq.

Təşkilat Komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyev oktyabrın 10-11-də Bakıda keçirilmiş Pre-COP29 tədbirinə ünvanladığı müraciətində COP29-da yeni iqlim maliyyəsi hədəfi ilə bağlı razılaşmaya nail olunmasının vacibliyini vurğulayaraq, “Bakı Sazişi”nin əldə edilməsinin beynəlxalq ictimaiyyətin ümumi nailiyyəti kimi tarixə düşəcəyinə inamını ifadə edib. Bu xüsusda, Samir Nuriyev deyib ki, Azərbaycan tərəfinin xarici tərəfdaşlarla təmasları zamanı COP29-da uğurlu nəticələrin əldə edilməsi imkanlarının daha da artdığı aydın hiss olunur.

Prezident Administrasiyasının rəhbəri COP29 zamanı Bakıda nəqliyyatın planlı şəkildə təşkil olunması ilə bağlı hazırlanmış Nəqliyyat Planının icrasının təmin edilməsinin vacibliyini vurğulayıb.

Samir Nuriyev, eyni zamanda, Bakı Olimpiya Stadionunda yekunlaşmaqda olan hazırlıq işləri, dövlət qurumları tərəfindən beynəlxalq tərəfdaşlarla birlikdə təşkil ediləcək tədbirlər və digər məsələlər barədə danışıb.

Təşkilat Komitəsinin sədri xarici medianın və qeyri-hökumət təşkilatlarının da COP29-da iştiraka böyük maraq göstərdiyini bildirib.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun illik sessiyası və hazırda Kolumbiyada işini davam etdirən BMT-nin “Bioloji Müxtəliflik haqqında” Konvensiyasına Tərəflərin Konfransı da daxil olmaqla, COP29-la bağlı ümumi gedişat barədə danışıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev media-kommunikasiya sahəsində həyata keçirilən fəaliyyət və vətəndaş cəmiyyətinin COP29-a töhfəsi ilə bağlı çıxış edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Bakı Olimpiya Stadionunda görülən işlər, paytaxtda keçirilən nəqliyyat monitorinqləri və digər təşkilati-logistika məsələləri barədə danışıb.

Xarici işlər naziri Ceyhun Bayramov COP29 zamanı qəbul edilməsi nəzərdə tutulan mühüm sənədlər, xüsusilə yeni iqlim maliyyəsi hədəfi ətrafında son vəziyyət barədə çıxış edib.

Energetika naziri Pərviz Şahbazov Azərbaycanda yaşıl enerji sahəsində həyata keçirilən işlər, Energetika Nazirliyinin xətti ilə COP29 zamanı təşkil edilməsi nəzərdə tutulan tədbirlər barədə danışıb.

Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Həftəsi və keçirilən digər tədbirlərlə bağlı məlumat verib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov COP29-un təşkili prosesində miqrasiya idarəçiliyi barədə danışıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev COP29 zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan işlər barədə məlumat verib.

COP29-un Gənc iqlim çempionu Leyla Həsənova gənclərin iqlim fəaliyyətində iştirakı sahəsində görülən işlər barədə danışıb.

İclasda Bakı Olimpiya Stadionunda hazırlıq işlərinin son vəziyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

İclasın sonunda Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azərbaycanın COP29-da Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti tarixi uğuruna imza atacağına əminliyini ifadə edib, COP29 Tədbirlər Planının icrasının davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.

Oxunub: 176
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

31-10-2024, 20:08

Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

13-07-2024, 16:46

Prezident Azərbaycanın COP29-la bağlı imzaladığı Razılaşmanı təsdiqlədi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

15-04-2024, 11:14

COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

18-01-2024, 15:16

İlham Əliyev Seneqalın dövlət başçısını COP29-a dəvət edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

15-12-2023, 12:04

COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
9-11-2026, 10:18
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
4-11-2026, 11:13
Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
4-11-2026, 09:48
Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
4-11-2026, 09:47
Daha bir tiktoker həbs edildi
3-11-2026, 13:31
Daha bir tiktoker həbs edildi
3-11-2026, 13:30
Rusiyanın məşhur Telegram kanalının rəhbəri HƏBS EDİLDİ
Son xəbərlər
  • 13-11-2026, 23:30
    Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
  • 13-11-2026, 23:23
    Aynur Elgünəş əməliyyat olundu
  • 13-11-2026, 23:22
    Bakının şimal girişində sıxlıq azalacaq - Yeni yol tikilir
  • 11-11-2026, 19:27
    Bakının şimal girişində sıxlıq azalacaq - Yeni yol tikilir
  • 11-11-2026, 15:07
    Türkiyə Prezidenti COP31 Liderlər Sammitində iqlim dəyişikliyi ilə bağlı çağırış edib
  • 9-11-2026, 11:19
    Həmin tuneli yenə su basıb
  • 9-11-2026, 11:18
    Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
  • 9-11-2026, 10:57
    Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
  • 9-11-2026, 10:50
    Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
  • 9-11-2026, 10:50
    Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
  • 9-11-2026, 10:30
    Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
  • 9-11-2026, 10:18
    40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
  • 9-11-2026, 10:18
    Ordubad İcra Hakimiyyətindən Vənənd kəndində baş verən hadisə ilə bağlı AÇIQLAMA
  • 8-11-2026, 19:01
    Ordubad İcra Hakimiyyətindən Vənənd kəndində baş verən hadisə ilə bağlı AÇIQLAMA
  • 8-11-2026, 19:01
    Ordubadda sahibkarın başına gətirilənlər bitmir: İcra nümayəndəsinin davranışı ciddi suallar yaradır!
  • 6-11-2026, 23:09
    Ordubadda sahibkarın başına gətirilənlər bitmir: İcra nümayəndəsinin davranışı ciddi suallar yaradır!
  • 6-11-2026, 23:08
    Evinizin sənədi köhnədirsə rüsum ödəyəcəksiniz
  • 6-11-2026, 10:07
    Evinizin sənədi köhnədirsə rüsum ödəyəcəksiniz
  • 6-11-2026, 10:06
    Ərdoğanın müavini həbs edildi
  • 6-11-2026, 09:47
    Ərdoğanın müavini həbs edildi
  • 6-11-2026, 09:47
    Qaytarıla bilməyən kreditlər bağlanacaq - AÇIQLAMA
  • 6-11-2026, 09:36
    Qaytarıla bilməyən kreditlər bağlanacaq - AÇIQLAMA
  • 4-11-2026, 11:13
    Vəfa Seyidova işdən çıxdı
  • 4-11-2026, 11:13
    Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
  • 4-11-2026, 09:48
    Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
  • 4-11-2026, 09:47
    Daha bir tiktoker həbs edildi
  • 3-11-2026, 13:31
    Daha bir tiktoker həbs edildi
  • 3-11-2026, 13:30
    Rusiyanın məşhur Telegram kanalının rəhbəri HƏBS EDİLDİ
  • 3-11-2026, 12:14
    Rusiyanın məşhur Telegram kanalının rəhbəri HƏBS EDİLDİ
  • 3-11-2026, 12:13
    Kimin evində varsa, bəxti gətirdi
  • 3-11-2026, 12:07
    Kimin evində varsa, bəxti gətirdi
  • 2-11-2026, 12:10
    Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
  • 2-11-2026, 11:55
    Oğuzda 61 yaşlı kişinin meşədə yanmış meyiti tapılıb
  • 2-11-2026, 11:45
    Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürüb
  • 2-11-2026, 11:35
    FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə