• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Gənclər və İdman Nazirliyindən bir gündə iki tender udan “RTZ” MMC-nin əsl sahibi əslində kimdir? -İLGİNC [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

16-12-2024, 15:26

Gənclər və İdman Nazirliyindən bir gündə iki tender udan “RTZ”  MMC-nin əsl sahibi əslində kimdir? -İLGİNC


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Qaraçuxur idman zalının tikintisi üzrə tikinti-quraşdırma işlərinin (əlavə işlər-düzəliş) davam etdirilməsi məqsədilə işlərin satın alınması üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “RTZ” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 470.757,28 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 06.12.2024-cü ildə dərc edilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliy 06.12.2024-cü ildə “RTZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Bülbülə idman zalının tikintisi üzrə işlərin (lll mərhələ) davam etdirilməsi məqsədilə işlərin satın alınması üzrə də 504.160,71 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 25.12.2018-ci ildə “RTZ” Məhdud Məsuliyyətli Cəmiyyətinə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, beton və dəmir-beton konstruksiyaların quraşdırılması, metal konstruksiyaların quraşdırılması və fasad işləri üzrə lisenziya verib.

Buna baxmayaraq Gənclər və İdman Nazirliyinin satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda. Göründüyü kimi Gənclər və İdman Nazirliyi xüsusi hüquqlara malik olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu əsaslı şübhələrə yol açır.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında RTZ” (VÖEN: 1400440411) Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.05.2001-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BƏŞİR SƏFƏROĞLU, ev 191, m. 26-27, qanuni təmsilçisi kimi isə Ağayev Rahim Fazil oğlu qeyd olunub.

Reyestr məlumatlarına görə MMC 2006-cı ilə qədər TAM ORTAQLI RTZ FİRMASI kimi fəaliyyət göstərib. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Babayev Nəsrulla Natiq oğlu olub. Daha sonra Məmmədov Zabit İlyas oğlu 2018-ci ilə qədər, ondan sonra Ağayev Rahim Fazil oğlu MMC-nin qanuni təmsilçiləri olub.

Apardığımız ətraflı araşdırma zamanı məlum oldu ki, MMC-yə rəhbərlik etmiş şəxslərdən biri, Məmmədov Zabit İlyas oğlu hal hazırda “Silk Way Holding”ə məxsus olan “Silk Vey Vest Aviaşirkəti” MMC-nin (Silk Way West Airlines) Müşahidə Şurasının sədrinin 9 müşavirindən biridir. Sədrin idman üzrə müşaviri Hüseynov Fikrət Akif oğlu bu ilin sentyabr ayına qədər qədər Gənclər və İdman Nazirliyində futbol sektorunun müdiri və AZAL-a məxsus futbol klubunda rəhbər vəzifəsində çalışıb. MMC-nin Gənclər və İdman Nazirliynin iki tenderinin qalibi olması bununla əlaqəli olma ehtimalını artırır.

MMC-nin hazırki qanuni təmsilçisi Ağayev Rahim Fazil oğlu “Premier Audit və Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur.

“RTZ” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi Babayev Nəsrulla Natiq oğlu kimdir? Elektron medianın 2016-cı ildə yaydığı məlumatda 38 yaşlı Nəsrulla Natiq Oğlu Babayevin Bakıda Salatın Əsgərova küçəsi, ev 156 ünvanında qeydiyyatda olduğu, 2006-cı ildə Kiprdə qurulan “Vanmec Limited” şirkətinin də təsisçi və direktorlarından biri olduğu bildirilir. Nəsrulla Babayevin atası Natiq Babayev məşhur neftçi-mühəndis Nəsrullah Babayevin oğludur. Anası Dilarə Məmmədəliyeva isə 2007-ci ildən 2 saylı Bakı Baza Tibb Kollecinin direktorudur. Qeyd edək ki, Dilarə Məmmədəliyeva 1990-1992-ci illərdə 2 saylı Bakı Baza Tibb Məktəbinin tədris-hissə müdiri, 1992-2006-cı illərdə tədris-tərbiyə işləri üzrə direktor müavini, 2006-2007-ci illərdə isə direktor əvəzi vəzifələrində çalışmışdır.

Apardığımız araşdılrma zamanı məlum oldu ki, Nəsrulla Babayevin təsisçisi olduğu “RTZ” Məhdud Məsuliyyətli Cəmiyyəti 28.12.2020-ci ildə Dilarə Məmmədəliyevanın direktoru olduğu 2 nömrəli Bakı Baza Tibb Kollecinin keçirdiyi 34.042,56 manat dəyərində kotirovka sorğusunun qalibi olub.

Göründüyü kimi “RTZ” Məhdud Məsuliyyətli Cəmiyyəti 2 nömrəli Bakı Baza Tibb Kollecdə kotirovka sorğusunu təsadüfən udmayıb. Elə Gənclər və İdman Nazirliyndən bir gündən 1 milyon manata yaxın dəyəri olan iki tenderin qalibi olması da təsadüfə oxşamır.(aktualinfo.org)

P.S. Dərc edilmədən öncə məqalədə qeyd olunanlara aydınlıq gətirilməsi məqsədi ilə Gənclər və İdman Nazirliyinə və 2 saylı Bakı Baza Tibb Kollecin ünvanladığımız elektron məktuba heç bir münasibət bildirilmədi. Buna baxmayaraq tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Oxunub: 115
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

17-12-2024, 12:19

“Naxçıvan Yol Təchizat” MMC-də qanunun tələblərinə niyə əməl edilmir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

6-12-2024, 14:24

“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tenderi necə uddu? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

6-12-2024, 12:08

Tovuzun İcra başçısı Məmməd Məmmədov milyonları həm də belə qazanır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

14-09-2024, 10:58

Gəncədə 15 milyonluq ŞÜBHƏ... - İLGİNC [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

26-08-2024, 14:14

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi -İLGİNC [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 18:43
Bakıda söküntü aparılan ərazidə FACİƏ: ölən var
Dün, 18:39
Bakıda söküntü aparılan ərazidə FACİƏ: ölən var
19-11-2026, 18:05
Nərman Qocatürkün məktubu üzə çıxdı
19-11-2026, 18:04
BDU-nun tanınmış müəllimi evində ölü TAPILDI
17-11-2026, 14:50
Neftçalada 11 min manatı quldurluqla almaqda təqsirləndirilən şəxslər həbs edilib
17-11-2026, 14:50
Neftçalada 11 min manatı quldurluqla almaqda təqsirləndirilən şəxslər həbs edilib
Son xəbərlər
  • Dün, 18:52
    Güclü külək əsəcək - Xəbərdarlıq
  • Dün, 18:52
    Azərbaycanda 10 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb
  • Dün, 18:44
    Azərbaycanda 10 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb
  • Dün, 18:43
    Bakıda söküntü aparılan ərazidə FACİƏ: ölən var
  • Dün, 18:39
    Bakıda söküntü aparılan ərazidə FACİƏ: ölən var
  • 21-11-2026, 17:56
    Küləklə bağlı - Xəbərdarlıq
  • 19-11-2026, 18:05
    Küləklə bağlı - Xəbərdarlıq
  • 19-11-2026, 18:05
    Nərman Qocatürkün məktubu üzə çıxdı
  • 19-11-2026, 18:04
    BDU-nun tanınmış müəllimi evində ölü TAPILDI
  • 19-11-2026, 18:04
    Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
  • 17-11-2026, 17:11
    Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
  • 17-11-2026, 17:10
    "Xəyanət edirsə, onu bağışla"
  • 17-11-2026, 16:54
    "Xəyanət edirsə, onu bağışla"
  • 17-11-2026, 16:54
    Nigar Camal özünə 420 min manata lüks avtomobil aldı
  • 17-11-2026, 16:21
    Nigar Camal özünə 420 min manata lüks avtomobil aldı
  • 17-11-2026, 14:50
    Neftçalada 11 min manatı quldurluqla almaqda təqsirləndirilən şəxslər həbs edilib
  • 17-11-2026, 14:50
    Neftçalada 11 min manatı quldurluqla almaqda təqsirləndirilən şəxslər həbs edilib
  • 17-11-2026, 14:46
    Şura: Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib
  • 17-11-2026, 14:41
    Sükan arxasında meyiti tapıldı
  • 13-11-2026, 23:30
    Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
  • 13-11-2026, 23:23
    Aynur Elgünəş əməliyyat olundu
  • 13-11-2026, 23:22
    Bakının şimal girişində sıxlıq azalacaq - Yeni yol tikilir
  • 11-11-2026, 19:27
    Bakının şimal girişində sıxlıq azalacaq - Yeni yol tikilir
  • 11-11-2026, 15:07
    Türkiyə Prezidenti COP31 Liderlər Sammitində iqlim dəyişikliyi ilə bağlı çağırış edib
  • 9-11-2026, 11:19
    Həmin tuneli yenə su basıb
  • 9-11-2026, 11:18
    Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
  • 9-11-2026, 10:57
    Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
  • 9-11-2026, 10:50
    Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
  • 9-11-2026, 10:50
    Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
  • 9-11-2026, 10:30
    Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
  • 9-11-2026, 10:18
    40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
  • 9-11-2026, 10:18
    Ordubad İcra Hakimiyyətindən Vənənd kəndində baş verən hadisə ilə bağlı AÇIQLAMA
  • 8-11-2026, 19:01
    Ordubad İcra Hakimiyyətindən Vənənd kəndində baş verən hadisə ilə bağlı AÇIQLAMA
  • 8-11-2026, 19:01
    Ordubadda sahibkarın başına gətirilənlər bitmir: İcra nümayəndəsinin davranışı ciddi suallar yaradır!
  • 6-11-2026, 23:09
    Ordubadda sahibkarın başına gətirilənlər bitmir: İcra nümayəndəsinin davranışı ciddi suallar yaradır!
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə