• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"Müğənni Dəniz Əsədova Aygün adı ilə xəstəxanada işləyib" - 1,6 milyonluq cinayət işi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

17-12-2024, 19:04

"Müğənni Dəniz Əsədova Aygün adı ilə xəstəxanada işləyib" - 1,6 milyonluq cinayət işi

Dövlətə 1,6 milyon manat dəyərində zərər vurmaqda təqsirləndirilən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenilənib.
Daha sonra şahidlər dindirilib.
Şahid Günay Ağakişiyeva bildirib ki, onun hadisələrdən xəbəri olmayıb. O, Biləsuvar rayonunda qaçqın və məcburi köçkünlər üçün yaradılmış Cəbrayıl şəhərciyində yaşayır. Şahidin həyat yoldaşı M.İbrahimov təqsirləndirilən şəxslə birliktə ona əlillik düzəltməklə bağlı razılaşıblar: " Yoldaşım bir gün dedi ki, mənim adıma əlillik pensiyası yazılıb və o, onu istifadə edir. Lakin, mənim heç hir xəstəliyim olmayıb və ya müayinədən keçməmişəm. Məbləğin nə qədər olduğunu və neçə ay pensiya aldığımı bilmirəm".
Təqsirləndirilən şəxs etiraz edərək söyləyib ki, o, şahidi tanımır. Ümumi qaçqınlara yardım edib, amma siyahıda xanımın adını xatırlamır: "Öncəki adı Aygün olan Dəniz Əsədovanı Bağırovun qəbuluna göndərdim. Ona dedim ki, Bağırovdan xahiş etsin ki, əgər imkan olarsa, qaçqınların adlarına əlillik yazarsız. Amma şahidin o siyahıda olub-olmadığını bilmirəm".
Digər şahid Mobil İbrahimov öncəki şahidin həyat yoldaşıdır. O, bildirib ki, Mehdiyev adlı şəxsə 150 manat pul verib və əlillik pensiyası ilə bağlı kart alıb. Daha sorna həmin məbləğə əlavə 4000 manat da verəcəkmiş: "Mən o 4000 manatı ödəmədim. Yoldaşımın adına alınan pulu isə geri qaytarmışam".
Şahid Vüsalə Sadıqova bildirib ki, Laçın rayon Mərkəzi Xəstəxanasında çalışıb: "Öncələr qeydiyyatçı çalışmışam. 2017-2018-ci illərdə xəstəxanın məlumatları bazaya mən daxil edirdim. Daha sonra tuttuduğum vəzifə dəyişdi. Biz komissiyadan sonra xəstələrin kartlarını alıb sistemə vururduq. Bunu bizə ya həkimlər, ya da digəriləri tapşırırdı. Mənim əsas işim həkim rəyini sistemə yerləşdirmək olub. Məndən öncə bu vəzifədə Aygün (Dəniz Əsədova) adlı xanım çalışıb".
Şahid Azər Bəhlulov deyib ki, maddi vəziyyəti yaxşı olmadığı üçün tanışı ona pensiya yazdırıb: "Milli qəhrəman Əliyar Əliyevin bacısı oğluyam. Tanışım İlqar adlı şəxs mənə dedi ki, sənin dayın mənə çox kömək edib. Mən də sənə pensiya yazdıracam. Aylar keçdikdən sonra mənə kart verdi ki, buradan pensiya alarsız. İmkan olandan sonra 3000 verərsiz. Öyrəndim ki, həmin tanışım mənim yerimə ödəyib. Sonra mən ona 3 min manatı ödədim. Pensiya yoldaşımın adına olub. Heç neçənci qrup əlillik yazıldığını da bilməmişəm. 5 il müddətində pensiya almışıq. Həmin məbləği imkan olmadığı üçün qaytarmamışıq".
Şahid Fəxriyyə Zəkirova orada təmizlikçi olaraq vəzifəsi tutub, lakin operator vəzifəsində çalışıb: "Ştat olmadığı üçün adım təmizlikçi kimi gedirdi. Özüm isə operator vəzifəsində çalışmışam. Mınş gətirilən sənədləri sistemə vurmaqla məşğul olmuşam. Həkim komissiyasının rəyi olmadan sistemə heç nə daxil etmirdik. Əsas sənəd o sayılırdı. Mənə nə verilib, onu da yazmışam".
Şahid Elnarə Salahova bildirib ki, o öncədən 31 saylı birləşmiş şəhər xəstəxanasında nevropotoloq çalışıb. O da komissiyada çalışıb. O, xəstələri müayinə edib, forma 88 yolu ilə əlillik yazılırdı: "Həmin əlillik müayinə əsasında yazılırdı. Kartlara da yazılırdı. Öncələr yalnızca sədr kartları imzalayırdı. Elektron imza isə operatorlarda olurdu. Bəzi şəxsləri müayinə etmədən əlillik sənədlərini imzalamışam. Çünki baş həkim elə deyirdi. Onları mayi etməyə ehtiyac olmadığını bildirirdi".
Növbəti proses 7 yanvar tarixinə təyin edilib.
Qeyd edək ki, Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
İttiham görə, Rauf İsfəndiyarov Laçın rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalıdığı 2016-2017-ci illərdə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 2 min 170 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talayıb.
Bundan başqa, o, aldatma ve etibardan sui-istifadə etmə yolu ilə müğənni Dəniz Əsədovaya məxsus 260 min manat və 59 min 500 manat məbləğində pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.
İstintaqla müəyyən edilib, eyni zamanda, təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək daha 136 şəxsə əlillik dərəcəsinin təyin edilməsinə və pensiya teminatı, sosial müavinət və qulluğa görə ödəniş qismində onların hesablarına kömək edəcəyi vədi verərək ümumilikdə 1 milyon 600 manat məbləğində pul vəsaiti mənimsəyib. R.İsfəndiyarov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törədib, müəyyən tibb müəssisələrinin vəzifəli şəxslərinin vahid tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatlarını daxil etməklə vəzifə saxtakarlığı edib.
İş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Oxunub: 84
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

2-10-2024, 16:07

"İnstapower" işində YENİ DETALLAR – “76 milyon manat Honkonqa KÖÇÜRÜLÜB” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Araşdırma

22-06-2024, 13:30

143 milyonluq yeyintidə adı keçən şahid haqda ciddi tədbir görüləcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

18-10-2023, 09:53

Bu gün Vaqif Xaçatryanın növbəti məhkəmə prosesi keçiriləcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

28-07-2023, 12:55

Rəşad Dağlı son söz dedi: Xahiş edirəm... - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

28-07-2023, 12:33

Rəşad Dağlıya hökm oxunub - YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr
Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
Hadisə
Bugün, 17:27
Ratko Mladiç öldü
25-08-2026, 14:51
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
24-08-2026, 09:22
Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb
22-08-2026, 12:12
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
22-08-2026, 11:01
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
20-08-2026, 10:10
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
Son xəbərlər
  • Bugün, 20:13
    Azərbaycanlı iş adamının deputatlığa namizədliyi ləğv olundu
  • Bugün, 18:53
    161 milyonluq cinayət işindən sonra “PulPal”da yenidən rəhbər oldu
  • Bugün, 17:27
    Ratko Mladiç öldü
  • Bugün, 17:01
    Məşhur musiqi qrupu dağıldı
  • Bugün, 16:17
    Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək
  • Bugün, 16:03
    Prezident “Sabah”a 5 milyon ayırdı
  • Bugün, 16:01
    “Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib
  • Bugün, 15:33
    “Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib
  • Bugün, 15:33
    Pakistan səfirliyinə mətbuat və mədəniyyət işləri üzrə konsul təyin olunub
  • Bugün, 14:54
    Pakistan səfirliyinə mətbuat və mədəniyyət işləri üzrə konsul təyin olunub
  • Bugün, 14:27
    Sabah Biləsuvarda 6300-dən çox abonentin qazı kəsiləcək
  • Bugün, 13:08
    İxtisas qrupları üzrə boş qalan plan yerlərinin sayı açıqlanıb
  • Bugün, 12:14
    Məktəbli geyimlərin qiyməti aşağı salındı – SATIŞ ÜNVANLARI
  • Bugün, 11:45
    FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • Bugün, 09:47
    AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək
  • Bugün, 08:58
    BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr
  • Dün, 18:06
    Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir
  • Dün, 17:45
    Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
  • Dün, 17:15
    Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb
  • Dün, 16:50
    Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
  • Dün, 16:13
    Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
  • Dün, 15:43
    10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
  • Dün, 15:23
    Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
  • Dün, 13:19
    Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib
  • Dün, 12:30
    Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək
  • Dün, 11:19
    Prezident İlham Əliyev "Sabah"ı təbrik edib
  • Dün, 10:37
    Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • Dün, 09:55
    Bu gün Laçın Şəhəri Günüdür
  • Dün, 09:29
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • 25-08-2026, 18:42
    Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
  • 25-08-2026, 18:12
    Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
  • 25-08-2026, 17:57
    Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 25-08-2026, 17:03
    Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
  • 25-08-2026, 16:47
    Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
  • 25-08-2026, 16:08
    Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə