• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Araşdırma

7-02-2025, 12:03

Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa…

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tabeliyində olan Xəstəxanalar tərəfindən dövlət satınalmalarında yol verilmiş nöqsanlar barədə sosial şəbəkələrdə və elektron mediada kifyət qədər geniş məlumatlar var. Burada vəzifəli şəxslər tərəfindən əsassız olaraq əməkhaqqı ödənilməsindən tutmuş, digər yollarla dövlət büdcəsinə məxsus külli miqdarda vəsaitin mənimsənilməsi və israf edilməsinə qədər hər cür xəbər tapmaq olar.

Dövlət satınalmalarının internet portalı üzərindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tabeliyində olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən keçirilmiş satınalma prosedurları ətrafında araşdırma aparmışdır. Araşdırmalarda “Bərdə rayon Mərkəzi Xəstəxanası”nin Satınalma Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.

“Bərdə rayon Mərkəzi Xəstəxanası” tərəfindən “Liftlərin ehtiyyat hissələrinin və liftlərin aylıq texniki baxışının satınalınması” ilə əlaqədar 23.01.2025-cü il tarixində keçirilmiş kotirovka sorğusunda Bakı şəh. Xətai r., M.Hadi küç., ev 23, m. 137 ünvanında qeydiyyatda olan “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN – 1300234641) 11 682.0 (on bir min altı yüz səksən iki manat 00 qəpik) manat məbləğində ən ucuz qiymət təklifi vermiş və satınalma komissiyası tərəfindən qalib seçilmişdir. Bildiriş dövlət satınalmalarının internet portalında 28.01.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, “Bərdə rayon Mərkəzi Xəstəxanası” 2024-cü il üçün xərclər smetasının 222441 – “Əsas fondlara xidmət haqqı xərcləri” yarımmaddəsi üzrə – “Liftlərin aylıq texniki baxışının satınalınması” üzrə 05.06.2024-cü ildə başladığı kotirovka sorgusunda da “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC-ni qalib seçmiş və tərəflər arasında 10.018,2 manat məbləğində müqavilə bağlamışdır. Məlumat dövlət satınalmalarının internet portalında 10.01.2025-ci ildə dərc edilib. Kotirovkanın başlanma tarixi 09.08.2024 bitmə tarixi isə 31.01.2025-ci ilə müəyyən edilib. Bu da “Bərdə rayon Mərkəzi Xəstəxanası” satınalmalarda qanunsuzluqlar yol verməsinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, elektron mediada yayılan məlumatlarda da “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC-nin adı bəzi qurumlarla keçirilmiş bir çox şübhəli satınalmalarda hallanır. Sözügedən məlumatlarda MMC-nin müvafiq sahədə peşəkarlığında, texniki və maliyyə imkanlarında, işçi qüvvəsində, təcrübəsində, bir sıra şübhəli məqamların olduğu bildirilir.

Bundan əlavə “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC -nin uyğunluq göstəricilərinə tam cavab vermədiyi Dövlət Statistika Komitəsi kimi ciddi bir dövlət qurumunun keçirdiyi satınalma prosedurunda da öz əksini tapıb. Araşdırdıqda məlum oldu ki, 27.01.2025-ci ildə Dövlət Statistika Komitəsinin inzibati binasındakı sərnişin liftlərinə qulluqla bağlı xidmətlərin satın alınması məqsədilə kotirovka sorğusu prosedurunda iştirak edən “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin uyğunluq göstəriciləri (müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması) kotirovka sorğusunun tələblərinə uyğun gəlmədiyinə görə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.1.1-ci maddəsinə əsasən satınalmadan kənarlaşdırılmış və bu qərar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 23.01.2025-ci il tarixli AİBNDX/SQ-509/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Bu məlumatlar isə “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC-nin uyğunluq göstəricilərinə cavab vermədiyini, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olmadığını və sənədlərdə saxtakarlığa yol verdiyini bir daha təsdiq edir.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC (VÖEN 1300234641 ) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 23.06.2003-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, MƏHƏMMƏD HADİ, ev 23, m. 137 -də yerləşir. MMC-nin qanuni təmsilçisi Məsimov Adil Bəhlul oğludur. Reyestr məlumatlarında MMC-nin ilk adı 2023-cü ilə qədər “ŞƏHƏRGAH”, ondan sonra “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” olmuşdur. MMC nin təsisçisi və ilk qanuni təmsilçisi Ömərov Qüdrət Bayram oğlu olmuşdur. Onun adına “Altun Qaya” MMC də var. “ŞƏHƏRGAH” MMC-nin 2023-cü ilə qədər bir sıra dövlət qurumları ilə keçirilmiş bir çox şübhəli satınalmalarda hallandığından adını dəyişdiyi iddia olunur.

“Bərdə rayon Mərkəzi Xəstəxanası”nın bir şübhəli satınalması da odun yanacağının alınması ilə bağlıdır. Belə ki, səhiyyə ocağı bu məqsədlə bir mənbədən satınalma üsulu ilə fiziki şəxs Əliyev İngilis Nofəl oğlu ilə 8.100 manat məbləğində müqavilə bağlayıb. Portaldakı məlumata görə müsabiqənin başlanma tarixi 23.12.2024-cü il, bitmə tarixi 30.12.2025-cü ilə müəyyən olunub, 10.01.2025-ci ildə dərc edilib.

Xəstəxana eyni məqsədlə 15 saylı Regional Meşə Təsərrüfatı ilə də 16.250 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Burada isə müsabiqənin başlanma tarixi 27.09.2024cü il, bitmə tarixi 30.12.2025-cü ilə müəyyən olunub, 10.01.2025-ci ildə dərc edilib.
Göründüyü kimi “Bərdə rayon Mərkəzi Xəstəxanası” 2024-cü ilin dekabr ayında 2025-ci ilin sonuna qədər odun yanacağının alınmasına ümumi olaraq 24 350 manat məbləğində iki satınalma müqaviləsi bağlayıb. Buradan sual yaranır. “Bərdə rayon Mərkəzi Xəstəxanası” bu odunu harda yandıracaq? Məlum olduğu kimi respublikamızda bütün iri şəhərlərdə mühüm dövlət müəssiləri qazla təmin olunub. O, cümlədən də Bərdə şəhəri. Bəs “Bərdə rayon Mərkəzi Xəstəxanası” odun yanacağını hansı məqsədlə alır? Qeyd edək ki, hələ 2017-ci ildə elektron mediada Bərdə rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin siyahısı barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, ki, Bərdə rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir. Artıq rayonun 104 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Mollalı kəndinin qazlaşdırılması yekunlaşıb. Lənbəran kəndində isə qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Daha 4 kəndin qazlaşdırılması üçün layihə işləri görülməkdədir. Hələ 2017-ci ildə yayılan bu məlumatdan da göründüyü kimi Bərdə rayonunun yaşayış məntəqələri qazlaşdırılıb. Amma bu kəndlərdəki tibb məntəqələri qazla təmin olunmayıb. Məntəqələrin isidilməsi isə burada çalışan tibb personalının üzərinə qoyulub. Kimi evdən gətirir, kimi də şəxsi vəsaiti hesabına odun alıb məntəqəni qızdırır. Bu kənd tibb məntəqələrinin qapısının bəlkə də günlərlə açılmadığını, Bərdə rayonunda qış fəslinin o qədər də sərt keçmədiyini də nəzərə alsaq “Bərdə rayon Mərkəzi Xəstəxanası”nın odun yanacağının alınmasına ayırdığı vəsaitin təyinatı əsaslı şübhələrə yol açır. Qeyd edək ki, “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Vüsal Məmmədovdu. O, bu vəzifəyə TƏBİB idarə heyətinin keçmiş sədri Ramin Bayramlının əmri ilə 2021-ci ilin iyununda təyin olunub. V.Məmmədov 2013-cü ildən Bərdə Müalicə Diaqnostika Mərkəzində cərrah işləyib.
Aktualinfo.org
P.S. Məqalədə göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Satınalma Komissiyasına 30 yanvar 2025-ci ildə ünvanladığımız sorğu məktubu cavabsız qaldı. Xəstəxananın satınalma şöbəsinin müdiri ilə telefon söhbətimiz zamanı o, kommersiya sirri olduğunu bildirərək heç bir münasibət bildirmədi.

Oxunub: 101
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

28-12-2024, 17:06

Vüqar Qurbanov Azər İsmayılovu niyə işdən çıxardı? -Özünə rəqib görürdü [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

16-12-2024, 10:42

“SAR TRADE” MMC-nin arxasında duranlar harada oturur – TƏBİB-də, yoxsa… [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

26-04-2024, 10:57

Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Bölgə

11-10-2023, 11:28

Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilmişdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

29-09-2023, 15:30

Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Hadisə
Dün, 13:27
“Sovetski”də meyit aşkarlandı
Dün, 13:24
Toyda zəhərlənənlərin sayı 30-a çatdı
28-09-2026, 15:06
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
28-09-2026, 14:32
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
28-09-2026, 14:29
Tanınmış jurnalist Əvəz Zeynallı VƏFAT ETDİ
25-09-2026, 09:46
Meyiti ot tayalarının arasından tapıldı
Son xəbərlər
  • Bugün, 09:08
    Kubilayla Hafsanur ayrıldı
  • Bugün, 09:04
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • Bugün, 08:50
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • Bugün, 08:49
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Bugün, 08:24
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Dün, 21:45
    Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib
  • Dün, 17:21
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dün, 16:07
    BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
  • Dün, 13:27
    “Sovetski”də meyit aşkarlandı
  • Dün, 13:26
    Azərbaycan millisi növbəti matçına çıxır
  • Dün, 13:25
    "Mədəniyyətiniz olsun, buna pul xərcləmişəm"
  • Dün, 13:24
    Spotify və TikTok Azərbaycanda vergi uçotuna alındı
  • Dün, 13:24
    Toyda zəhərlənənlərin sayı 30-a çatdı
  • Dün, 13:23
    8 Noyabr prospektinə giriş bağlandı
  • Dün, 07:45
    Əsgərliyə çağırış sistemi dəyişdirilir
  • Dün, 07:44
    Həyat yoldaşına ad günündə maşın hədiyyə etdi
  • 28-09-2026, 15:22
    Həyat yoldaşına ad günündə maşın hədiyyə etdi
  • 28-09-2026, 15:22
    Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
  • 28-09-2026, 15:06
    Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
  • 28-09-2026, 15:06
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 28-09-2026, 14:32
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 28-09-2026, 14:29
    Tanınmış jurnalist Əvəz Zeynallı VƏFAT ETDİ
  • 28-09-2026, 14:29
    LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
  • 28-09-2026, 13:38
    LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
  • 28-09-2026, 13:38
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • 26-09-2026, 14:35
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • 26-09-2026, 14:34
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 25-09-2026, 11:30
    Ağ dərili cütlüyün qaradərili uşağı doğuldu, ailədə böhran yarandı
  • 25-09-2026, 09:50
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 25-09-2026, 09:49
    Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA
  • 25-09-2026, 09:48
    Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq
  • 25-09-2026, 09:47
    Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
  • 25-09-2026, 09:46
    Meyiti ot tayalarının arasından tapıldı
  • 25-09-2026, 09:46
    Gəncədə 15 yaşlı oğlan bıçaqlandı
  • 25-09-2026, 09:45
    Bank kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə