• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qarabağda çevriliş planı: Vardanyan Arutunyanı devirmək istəyir - GƏLİŞMƏ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

21-08-2023, 15:00

Qarabağda çevriliş planı: Vardanyan Arutunyanı devirmək istəyir - GƏLİŞMƏ


Ötən ilin sentyabrında Rusiyadan Qarabağa köçən Ruben Vardanyan gəldiyi ilk günlərdən tez-tez müsahibələr verməklə diqqət mərkəzinə keçməyi bacarmışdı. Dünyanın tanınmış televiziya kanalları və aparacıları ondan internet vasitəsilə müsahibələr alır, Vardanyanın baş verənlərə münasibətini öyrənirdilər. Çox keçmədən bu “populyarlıq” onu Qarabağın “dövlət naziri” vəzifəsinə gətirdi. Əslində isə Moskvanın planı tədricən reallaşırdı. Moskvanın məqsədi Vardanyanı separatçıların lideri Araik Arutunyanla əvəzləyib Bakı ilə dialoqu təmin etmək idi. Ancaq rəsmi Bakı ilk gündən bəyan etdi ki, Ruben Vardanyanla heç bir dialoq olmayacaq, o Qarabağa yad ünsürdür. Ruben Vardanyanın Moskvada milyardlarla gəlir gətirən şirkətlərini başqalarına tapşırıb gərgin bölgəyə köçməsinin onun öz ağlının məhsulu olmadığını Bakı da anlamışdı.

Bakının Vardanyanla təmasa keçməyəcəyi qətiləşəndən sonra Moskvanın ona olan ümidləri puça çıxdı və Araik Arutunyan bu durumdan istifadə edərək erməni mənşəli oliqarxı “istefaya” göndərdi. Vardanyanın “populyarlığı” həmin gündən başlayaraq azalmağa başladı, müsahibələrin sayı da azaldı.

Buna baxmayaraq, Vardanyan özünü unutdurmamağa çalışır. O son video müraciətində separatçıların lideri Araik Arutunyanı hədəf götürüb. Vardanyan keçmişdə Arutunyanın adını çəkmədən yerli “idarəetməni” yumşaq formada tənqid edirdi, bu dəfə isə o separatçıların liderini ağır sözlərlə ittiham edib. Vardanyan Qarabağ ermənilərinin kənar çağırışlarla yanaşı daxildə də ciddi problemləri olduğunu bu sözlərlə izah edib: “Mən 6 ay əvvəl “vəzifəmi” tərk edəndə belə demişdim: Əgər “prezident” düşmənlə mübarizəyə hazırdırsa mən qarışıq hamımız onu dəstəkləməliyik. Ancaq biz nə lider, nə də baş komandan gördük. Cəmiyyəti aldatmaq düzgün deyil. Araik, Siz vədinizi yerinə yetirmədiniz. Siz istefa verəcəyinizi vəd etmişdiniz, həmin söhbətdə 8 nəfər şahid olub. İstefa vermək əvəzinə Sizə təzyiq edildiyini və buna görə istefa verə bilməyəcəyinizi söylədiniz. Siz insanlara fərqlli-fərqli sözlər deyirsiniz. Siz bizim müqavimət gücümüzü zəiflədirsiniz. Siz bütün qırmızı çizgiləri aşmısınız. Qarabağ erməniləri Sizdən hesabat tələb edəcək və mən onları dəstəkləyəcəm”.

Ruben Vardanyan faktiki Araik Arutunyana ultimatum elan edib. “İstefa verməsən, biz Səni buna məcbur edəcəyik” demək istəyən Vardanyan separatçıların liderinə qarşı təzyiqi artıracağını vurğulayıb. Vardanyanın çıxışında “istefa vermək əvəzinə Sizə təzyiq edildiyini və buna görə istefa verə bilməyəcəyinizi söylədiniz” cümləsi diqqət çəkib. Araik Arutunyana “istefa verməmək üçün” Ermənistanın baş naziri Nikol Paşinyan, yoxsa Moskvada onu kurasiya edən güclər təzyiq edib? Paşinyan üçün Qarabağ ermənilərinin kimin idarə edəcəyinin böyük fərqi yoxdur, o bu yükdən qurtulmaq istəyir. Moskva üçün isə Qarabağ separatçılarının başında kimin dayanmasının fərqi var, çünki Rusiya hərbi kontingentinin 2 ildən sonra bölgəni tərk edib-etməyəcəyi məsələsi var. Bütün hallarda Araik Arutunyan “istefa” vədini yerinə yetirsə belə, onu əvəz edəcək şəxs Ruben Vardanyan olmayacaq, birincisi Bakı onunla dialoqa getməyəcək, ikincisi yerli ermənilər içərisində onun nüfuz sahibi olmasıyla bağlı məlumat yoxdur.

“Atlas” Araşdırmalar Mərkəzi

Oxunub: 209
Paylaş:
Digər xəbərlər

Siyasət

21-08-2023, 15:30

Ruben Araikə, Bakı isə onların topasına ultimatum verib - NƏ BAŞ VERİR? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

24-07-2023, 16:00

Vardanyana Qarabağa çağırdığı erməniləri indi pulsuz işləməyə vadar edir... - NƏ BAŞ VERİR? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

20-06-2023, 10:35

Qarabağa yüzlərlə PUA daşınıb - Kəşfiyyat şok məlumatlar açıqladı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

24-05-2023, 14:22

Vardanyan və dəstəsi Qarabağda təxribata əl ata bilər - Diqqət 24-25 maya... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

18-05-2023, 14:59

Vardanyan yenidən efirdə: RUSLAR ONA TƏŞKİLAT YARADIR - ZİBİLƏ DÜŞMÜŞÜK... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
9-11-2026, 10:18
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
4-11-2026, 11:13
Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
4-11-2026, 09:48
Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
4-11-2026, 09:47
Daha bir tiktoker həbs edildi
3-11-2026, 13:31
Daha bir tiktoker həbs edildi
3-11-2026, 13:30
Rusiyanın məşhur Telegram kanalının rəhbəri HƏBS EDİLDİ
Son xəbərlər
  • 13-11-2026, 23:30
    Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
  • 13-11-2026, 23:23
    Aynur Elgünəş əməliyyat olundu
  • 13-11-2026, 23:22
    Bakının şimal girişində sıxlıq azalacaq - Yeni yol tikilir
  • 11-11-2026, 19:27
    Bakının şimal girişində sıxlıq azalacaq - Yeni yol tikilir
  • 11-11-2026, 15:07
    Türkiyə Prezidenti COP31 Liderlər Sammitində iqlim dəyişikliyi ilə bağlı çağırış edib
  • 9-11-2026, 11:19
    Həmin tuneli yenə su basıb
  • 9-11-2026, 11:18
    Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
  • 9-11-2026, 10:57
    Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
  • 9-11-2026, 10:50
    Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
  • 9-11-2026, 10:50
    Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
  • 9-11-2026, 10:30
    Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
  • 9-11-2026, 10:18
    40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
  • 9-11-2026, 10:18
    Ordubad İcra Hakimiyyətindən Vənənd kəndində baş verən hadisə ilə bağlı AÇIQLAMA
  • 8-11-2026, 19:01
    Ordubad İcra Hakimiyyətindən Vənənd kəndində baş verən hadisə ilə bağlı AÇIQLAMA
  • 8-11-2026, 19:01
    Ordubadda sahibkarın başına gətirilənlər bitmir: İcra nümayəndəsinin davranışı ciddi suallar yaradır!
  • 6-11-2026, 23:09
    Ordubadda sahibkarın başına gətirilənlər bitmir: İcra nümayəndəsinin davranışı ciddi suallar yaradır!
  • 6-11-2026, 23:08
    Evinizin sənədi köhnədirsə rüsum ödəyəcəksiniz
  • 6-11-2026, 10:07
    Evinizin sənədi köhnədirsə rüsum ödəyəcəksiniz
  • 6-11-2026, 10:06
    Ərdoğanın müavini həbs edildi
  • 6-11-2026, 09:47
    Ərdoğanın müavini həbs edildi
  • 6-11-2026, 09:47
    Qaytarıla bilməyən kreditlər bağlanacaq - AÇIQLAMA
  • 6-11-2026, 09:36
    Qaytarıla bilməyən kreditlər bağlanacaq - AÇIQLAMA
  • 4-11-2026, 11:13
    Vəfa Seyidova işdən çıxdı
  • 4-11-2026, 11:13
    Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
  • 4-11-2026, 09:48
    Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
  • 4-11-2026, 09:47
    Daha bir tiktoker həbs edildi
  • 3-11-2026, 13:31
    Daha bir tiktoker həbs edildi
  • 3-11-2026, 13:30
    Rusiyanın məşhur Telegram kanalının rəhbəri HƏBS EDİLDİ
  • 3-11-2026, 12:14
    Rusiyanın məşhur Telegram kanalının rəhbəri HƏBS EDİLDİ
  • 3-11-2026, 12:13
    Kimin evində varsa, bəxti gətirdi
  • 3-11-2026, 12:07
    Kimin evində varsa, bəxti gətirdi
  • 2-11-2026, 12:10
    Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
  • 2-11-2026, 11:55
    Oğuzda 61 yaşlı kişinin meşədə yanmış meyiti tapılıb
  • 2-11-2026, 11:45
    Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürüb
  • 2-11-2026, 11:35
    FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə