• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Nə Qərb yönümlü... nə də Rusiya yönümlü... - İNCƏLƏMƏ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

17-10-2023, 16:00

Nə Qərb yönümlü... nə də Rusiya yönümlü... - İNCƏLƏMƏ


Bu gün kimsə “Azərbaycan Qərbyönümlü ölkədir, yoxsa Rusiyayönlüdür” sualı qoysa, ona cavab olaraq siyasətdən başı çıxanlar ikinci variantı seçərlər.

20-25 il əvvəl isə belə deyildi. Mərhum eks-prezident Heydər Əliyev Rusiya ilə ABŞ-Avropa tandemi arasında bərabər məsafələr saxlayırdı, ölkənin nə Moskvaya, nə də Vaşinqtona təhlükəli dərəcədə yaxınlaşmasına imkan vermirdi.

O, təcrübədən çıxış edirdi, 5 il o dövlətin ən ali sarayında azman ölkəni yönəldənlərdən biri olmuşdu, Kremlin etibarına, “Bizans xisləti”nə yaxşı bələd idi. Ona görə də o, Azərbaycanı elə bir məsafədə saxlayırdı ki, Moksva hər istəyəndə uzun caynaqları ilə cırmaq ata bilməsin.

Eyni zamanda Vaşinqtonla münasibətlər də ilıq ortamda idi. Xüsusilə də 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanandan sonra ABŞ biznesinin ölkəmizə ayağı açılmışdı, ABŞ dolları az qala ölkəmizin əsas tədavül vasitəsinə, öz milli valyutamz, sadəcə, “xırda pul”a çevrilmişdi. Onların ardınca rəsmi institutlar, qeyri-rəsmi kəşfiyyatçılar, ABŞ-a işləyən media qurumları da Bakıya gəlmişdi. Okeanın o tayından vaxtaşırı ölkəmizə qonaqlar gəlirdi. Aralarında hər sifətdə, hər niyyətdə adamlar vardı.

Bax, o vaxt birinci cümlədəki sualı qoysaydıq, siyasəti bilənlərin əksəriyyəti birinci variantı seçərdi.

ABŞ-a münasibət iqtidar düşərgəsində də pis deyildi, arada qarşılıqlı əməkdaşlıq ortamı vardı. Təkcə ABŞ səfiri Stenli Eskuderoya yaradılan hərtərəfli şəraiti xatılamaq yetər. O, özünü hakim YAP-ın üzvü kimi aparırdı.

Ana müxalifət qüvvələri isə daha Qərbpərəst idi. Hətta öz müttəfiqlərinin adını “İrana işləyənlər” qoyub, ABŞ-ın gözündə “daha sadiq qərbçi” olmaq istəyənlər vardı. Ümumilikdə isə ABŞ-a, onun demokratiyasına, ədalətinə inam böyük idi, əminlik vardı ki, ABŞ əvvəl-axır Azərbaycanda qanuni, azad, şəffaf seçkilər keçirilməsinə, hakimiyyətin dinc şəkildə daha çox səs alan başqa partiyaya və ya bloka ötürülməsinə şərait yaradacaq.

2003-cü il seçkilərinə ölkə belə getmişdi. Ona görə də ABŞ həmin il keçirilən seçkilərdə müxalifətə arxa çevirəndə bütün düşərgə məyus oldu, şoka düşdü. Amma yenə də “ümid axırıncı ölür” inamıyla hamı gözünü 2005-ci ilin noyabrında keçiriləcək parlament seçkilərinə dikdi.

2005-ci ilin payızında isə ABŞ öz səhvini düzəltmək məqsədiılə “ümid və gözləntilərini doğrultmayan” İlham Əliyevi başqasıyla dəyişmək istədi.

Bunu qoyaq, ona keçək: ABŞ-ın gözləntiləri nədən ibarət idi. Belə gözləntilər çox ola bilərdi, amma biz əsas ikisini qeyd edək. Vaşinqtonun birinci gözləntisi o idi ki, rəsmi Bakı Qarabağ məsələsində ermənilərə böyük güzəştə gedəcək, qondarma “de-qe-er”in müstəqilliyini tanıyacaq. Bu, olmadı, İlham Əliyev ortaya sərt və aydın mövqe qoydu: “Heç bir güzəştdən söhbət gedə bilməz”.

ABŞ-ın ikinci böyük umacağı İranla bağlıydı. Ağ Ev İranı vurmaq üçün Azərbaycanı plasdarm etmək istəyirdi. Bu isə olduqca təhlükəliydi, məqsədinə çatandan sonra ABŞ bölgədən ya özü gedəcəkdi, ya da qovulacaqdı, amma biz minillik qonşumuzla qonşu olaraq qalacaqdıq və o həmin inciklik heç vaxt unudulmayacaqdı.

Ölkədə demokratik seçki keçirilməsi məsələsi, bəlkə də, ABŞ-ın Azərbaycandan umduğu şeylərin ilk beşliyində də deyildi.

2005-ci ildə baş tutmayan “seçkidən sonra narıncı inqilab”dan sonra isə indiki iqtidarın ABŞ-a qarşı mövqeyi dəyişdi, sərtləşdi. Ölkəmizdə ABŞ biznesinin çiçəklənməsi dayandı, ABŞ-ın qeyri-rəsmi institutlarının fəaliyyəti bir qədər məhdudlaşdırıldı, ABŞ-a işləyən media qurumları əngəllərlə üzləşdilər. Ölkə mətbuatında ABŞ-ı yamanlayan materiallar artdı. Eyni zamanda ABŞ kəşfiyyatının ortaya çıxardığı, Azərbaycan iqtidarına qarşı olan məxfi materiallar həm ölkəmizdə, həm də başqa ölkələrdə işıq üzü gördü.

Bundan sonra ABŞ-la Azərbaycanın arası daha da açıldı. ABŞ-a işləyən bəzi adamlar həbsə düşdülər. Münasibətləri güc-bəla ilə daha da pisləşməkdən qorumaq mümkün olsa da, iki ölkə arasında əvvəlki dostluq-müttəfiqlikdən çox uzaq bir büsat bərqərar oldu.

Ən ümdəsi o idi ki, Azərbaycanın Qərbpərəst ölkə adlandırıla biləcəyi dönəmlərdə Vaşinqton Qarabağ məsələsinin həlli yönündə Azərbaycanın haqlı mövqeyinə azacıq da olsun dəstək vermədi. O zaman Ermənistan tam şəkildə Rusiyanın ağuşundaydı, tamamilə ona sığınmışdı, onun vilayətlərindən biri kimi olmuşdu. Prinsipcə, ABŞ da Rusiyaya görə bizə daha yaxın olmalı, bizim tayımızın üstünə ağırlıq qoymalıydı ki, tarazlıq olsun. Amma Vaşinqton da ermənilərin nazıyla oynayırdı.

44 günlük müharibə və ondan sonrakı proseslər isə əllərdəki bütün kartları açdı. Kimin əlinin kimin cibində olduğu, kimin hansı tərəfi tutduğu açıq-aşkar ortaya çıxdı. ATƏT-in Minsk qrupunda neytral vasitəçi olmalı olan dövlətlərin ermənipərəst tandem tam ifşa olundu. İndiyə qədər qatı ermənipərəst kimi tanınan Rusiya nisbətən neytral mövqedə ikən Fransa və ABŞ ermənilərdən ötrü özlərini ülgücləyirdilər. Biz dövlət olaraq ATƏT-in Minsk qrupundan buna görə birdəfəlik imtina etdik. Bu qrupun həmsədrləri hətta “qapıdan qovulmuş qonaq” durumuna düşsələr də, sona qədər həmin institutu saxlamaq üçün dirəşdilər. Fəqət qapı şəhadət barmaqla göstərilmişdi və deyilən sözün sonunda nida işarəsi vardı.

Beləcə, biz ABŞ və Avropadan gördüyümüzü gördük və hazırda da görməkdəyik. Onlar bizdən çox hər mənada çox uzaqdadırlar, haqqımızı vermək fikrində deyillər, Ermənistanın qarşısında bizi həmişə haqsız sayırlar və bizim demokratik ölkə olub-olmamağımız onların umrunda deyil. Onlara sözəbaxan, tələbkar olmayan əlaltı lazımdır.

Bir vaxtlar Rusiya bizi kiçik və zəif Ermənistanın ayağına verdiyi kimi, hazırda ABŞ da eyni şeyi edir. Niyə, nəyə görə, sağlam məntiqlə izahı yoxdur.

Araz Altaylı, Musavat.com

Oxunub: 64
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

20-09-2023, 10:43

“Əsrin müqaviləsi”nin imzalanmasından 29 il ötür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-09-2023, 16:00

Qərbin Azərbaycana təzyiqinin əsl SƏBƏBİ - Ekspert danışır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

22-06-2023, 19:44

Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-06-2023, 14:32

Cənab Prezidentin həyat keçirdiyi siyasət ölkəmizin mövqeyini daha da möhkəmləndirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

7-06-2023, 15:30

Ruslar Qarabağda sülhü İNHİSARA ALIBLAR? - BU NƏDİ BELƏ? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır
Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək
M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
Xəzər dənizində zəlzələ olub
Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
Hadisə
Dün, 12:12
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
Dün, 11:01
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
20-08-2026, 10:10
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
18-08-2026, 13:45
Bakıda istifadəsiz tikilidə yanğın baş verib
15-08-2026, 12:55
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
14-08-2026, 09:36
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
Son xəbərlər
  • Dün, 16:35
    Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub
  • Dün, 15:57
    Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb
  • Dün, 15:14
    Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı
  • Dün, 14:21
    Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır
  • Dün, 13:38
    Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək
  • Dün, 12:57
    M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
  • Dün, 12:12
    Bakıda oğurluq edən şəxslər saxlanılıblar
  • Dün, 11:58
    İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
  • Dün, 11:01
    DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
  • Dün, 10:19
    Xəzər dənizində zəlzələ olub
  • Dün, 09:52
    Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir
  • 21-08-2026, 18:26
    CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib
  • 21-08-2026, 17:49
    Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
  • 21-08-2026, 17:14
    "Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb
  • 21-08-2026, 14:32
    İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir
  • 21-08-2026, 14:20
    İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
  • 21-08-2026, 13:40
    Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
  • 21-08-2026, 12:38
    Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib
  • 21-08-2026, 11:42
    Kəlbəcərə dolu düşüb
  • 21-08-2026, 11:00
    Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
  • 21-08-2026, 10:18
    Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
  • 21-08-2026, 09:35
    BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr
  • 20-08-2026, 18:00
    Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib
  • 20-08-2026, 17:27
    TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək
  • 20-08-2026, 17:15
    Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq
  • 20-08-2026, 17:03
    Azərbaycanda turistlər üçün dəmiryol bileti paketləri tətbiq ediləcək
  • 20-08-2026, 16:19
    Paşinyan: Yerasx-Naxçıvan dəmir yolu sahəsinin təmiri dövlət hesabına aparılacaq
  • 20-08-2026, 15:38
    Qətər XİN rəhbəri: Hörmüz ətrafındakı gəmiçilik bərpa edilməli və "şantaj"a son qoyulmalıdır
  • 20-08-2026, 14:53
    Rusiya başladığı müharibəni uduzur
  • 20-08-2026, 13:46
    Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib
  • 20-08-2026, 12:50
    Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq
  • 20-08-2026, 12:30
    ABŞ-də təyyarə polis helikopterinə çırpılıb, ölən və yaralananlar var
  • 20-08-2026, 10:42
    İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır
  • 20-08-2026, 10:10
    DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
  • 20-08-2026, 09:44
    Azərbaycan neftinin qiyməti 95 dolları keçib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə