• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Mətanət Məmmədova haqqında iftira və böhtanlarla bağlı yazılara SON [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

24-12-2023, 16:52

Mətanət Məmmədova haqqında iftira və böhtanlarla bağlı yazılara SON


Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır. Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan verilməməlidir. Söhbət 255 №-li tam orta məktəbinin direktoru Mətanət Məmmədovadan gedir.

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən redaksiya olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, 255 №-li tam orta məktəbinin direktoru Mətanət Məmmədova haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

255 №-li tam orta məktəbinin direktoru Mətanət Məmmədova - Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür.
Ölkə başçısı yeni yaşını Müzəffər Ali Baş Komandan, qalib sərkərdə kimi qarşılayır.
Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq edib. Eyni zamanda, Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb. Odur ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir.
Mətanət Məmmədova haqqında iftira və böhtanlarla bağlı yazılara SON

“Bu gün Azərbaycanın regionda və dünyada söz sahibliyindən böyük qürur hissi ilə bəhs edirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Ölkə Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrliyi müasir müstəqil Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdə Azərbaycanın diplomatik mübarizədə qələbəsi, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi bazanın yaradılması əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev ən yüksək tribunalardam Azərbaycanın dəyişməz mövqeyini, ərazi bütövlüyümüzün danışıqlar mövzusu olmadığını və olmayacağını bəyan etdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması qarşıda dayanan əsas hədəf idi.”
Mətanət Məmmədova haqqında iftira və böhtanlarla bağlı yazılara SON

20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi: “Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yer tutdu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində güclü iqtisadiyyat yaradıldı. Son 20 ildə ölkə iqtisadiyyatının inkişafı istiqamətində atılan addımlar göz qabağındadır. Bircə bu rəqəmi qeyd etmək kifayətdir ki, son 20 ildə ölkədə yaradılan sabitliyin və normal iqtisadi mühitin nəticəsidir ki, iqtisadiyyata 310 milyard dollar investisiya yatırılıb. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, investisiya yatıran ölkə kimi də tanınır və nüfuz qazanır. İqtisadiyyatımız dörd dəfədən çox artıb. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın, güclü Ordun olmalıdır.”
Mətanət Məmmədova haqqında iftira və böhtanlarla bağlı yazılara SON

“Ordu quruculuğu sahəsində atılan addımların nəticəsində elə güclü Silahlı Qüvvələr yaradıldı ki, bu gün istənilən vəzifəni şərəflə yerinə yetirir. Azərbaycan Ordusu bunu döyüş meydanında sübut etdi”, rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı: “Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.”
Mətanət Məmmədova haqqında iftira və böhtanlarla bağlı yazılara SON

Cari ilin 23 aprel tarixində üçrəngli bayrağımız sərhəddə dalğalandırıldı: “Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bu ilin 19 sentyabr tarixində isə Azərbaycan Ordusunun bir günlük həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı. Tarixi Zəfərimizin üçüncü ldönümündə dövlət başçısı İlham Əliyevin iştirakı ilə Xankəndi şəhərində hərbi parad keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, biz tarix yazmışıq və yazırıq.”
Mətanət Məmmədova haqqında iftira və böhtanlarla bağlı yazılara SON

Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşması, Prezident İlham Əliyevin oyundan əvvəl stadionda çıxışı, 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələr ilə görüş yazılan ən möhtəşəm tarixi günlərdən oldu: “Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu görüş Bakıda da keçirilə bilərdi. Ancaq görüşün burada keçirilməsi və bu yüksək mükafatların burada verilməsi tam ədalətli olacaq. Dövlətimizin başçısının böyük qürur hissi ilə atdığı hər bir addım harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sevindirir, qürurlandırır. Dövlətimizin başçısı hər bir addımı ilə sözü və əməlinin bir, hər kəsin Prezidenti olduğunu təsdiqləyir. Cənab İlham Əliyevin Prezident kimi jurnalistlərə ilk müsahibəsində verdiyi bu vədlər artıq reallıqdır: “Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.”


Mətanət Məmmədova haqqında iftira və böhtanlarla bağlı yazılara SON
Mətanət Məmmədova haqqında iftira və böhtanlarla bağlı yazılara SON

Oxunub: 112
Paylaş:
Digər xəbərlər

---

14-11-2023, 13:02

Şər və Böhtan yazanlara tutarlı CAVAB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

30-10-2023, 13:35

ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! Şər və Böhtan yazanlara tutarlı cavab - Manaf Manafov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

30-08-2023, 10:36

Bəzi jurnalistlərin ağlına nə gəldi qələmi ələ alır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

28-08-2023, 09:40

Sumqayıt şəhər Ordubad Marketin rəhbəri Taleh Əfrasiyaboğlundan şantaj xarakterli yazan jurnalistlərə tutarlı cavab [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

22-08-2023, 12:36

Seymur Məmmədov dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
ABŞ səfirliyi Heydər Əliyev Mərkəzi ilə bağlı - Paylaşım etdi
ABŞ səfirliyi Heydər Əliyev Mərkəzi ilə bağlı - Paylaşım etdi
Bazar günü Azərbaycanda 36 dərəcə isti olacaq
Bazar günü Azərbaycanda 36 dərəcə isti olacaq
Azərbaycanda qaz avadanlıqlarının təhlükəsizliyinə dair ilk texniki reqlament qəbul edilib
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Hadisə
Dün, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Dün, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Dün, 12:26
Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
Dün, 12:26
Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
25-06-2026, 09:54
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb
24-06-2026, 17:19
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib
Son xəbərlər
  • Dün, 16:24
    Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk
  • Dün, 16:24
    Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk
  • Dün, 15:52
    21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
  • Dün, 15:52
    21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
  • Dün, 15:15
    Zelenski Putinə "ələ keçirilmiş" Konstantinovkada görüşməyi təklif edib
  • Dün, 15:14
    Zelenski Putinə "ələ keçirilmiş" Konstantinovkada görüşməyi təklif edib
  • Dün, 14:01
    ABŞ səfirliyi Heydər Əliyev Mərkəzi ilə bağlı - Paylaşım etdi
  • Dün, 14:01
    ABŞ səfirliyi Heydər Əliyev Mərkəzi ilə bağlı - Paylaşım etdi
  • Dün, 12:59
    Bazar günü Azərbaycanda 36 dərəcə isti olacaq
  • Dün, 12:59
    Bazar günü Azərbaycanda 36 dərəcə isti olacaq
  • Dün, 12:44
    Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib
  • Dün, 12:26
    Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
  • Dün, 12:26
    Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
  • Dün, 10:55
    İlham Əliyev Donald Trampı təbrik edib
  • Dün, 10:12
    Azərbaycan nefti 1 dollardan çox bahalaşıb
  • Dün, 09:02
    Neftin qiyməti 72 dolları ötüb
  • Dün, 08:37
    DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib
  • 3-07-2026, 16:45
    Azərbaycanda qaz avadanlıqlarının təhlükəsizliyinə dair ilk texniki reqlament qəbul edilib
  • 3-07-2026, 15:16
    Ukrayna bir həftə ərzində ikinci dəfə Krımdakı "Saki" aerodromuna zərbə endirib
  • 3-07-2026, 14:29
    Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
  • 3-07-2026, 12:56
    Pezeşkian və Paşinyan Tehranda danışıqlar aparıblar
  • 3-07-2026, 12:23
    Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib
  • 3-07-2026, 11:04
    Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 30 nəfərə çatıb
  • 3-07-2026, 10:23
    "Wizz Air" Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır
  • 3-07-2026, 09:44
    Yasamal rayonunun bir hissəsində qaz kəsiləcək
  • 2-07-2026, 18:58
    Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
  • 2-07-2026, 18:29
    Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
  • 2-07-2026, 17:35
    Suriya və Livan arasında razılaşma imzalanıb
  • 2-07-2026, 16:54
    Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
  • 2-07-2026, 16:11
    Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək
  • 2-07-2026, 15:25
    Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib
  • 2-07-2026, 14:57
    Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
  • 2-07-2026, 13:12
    AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
  • 2-07-2026, 12:34
    KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var
  • 2-07-2026, 11:43
    "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə