• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Hafiz Kərimov: Xalq növbəti dəfə İlham Əliyevlə davam əzmini və istəyini nümayiş etdirdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

8-02-2024, 13:03

Hafiz Kərimov: Xalq növbəti dəfə İlham Əliyevlə davam əzmini və istəyini nümayiş etdirdi


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov - Azərbaycan xalqı yeni tarixi mərhələyə qədəm qoydu. 7 fevral növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləyən xalqımız bütövləşmiş Azərbaycanın sonrakı inkişafında yeni səhifə açdı. Qədirbilən xalqımız ümummilli dərdimiz olan Qarabağ problemini həll edən, erməni separatizminə son qoyan Müzəffər Ali Baş Komandanını mütləq səs çoxluğu ilə qalib etməklə milli həmrəyliyə sədaqətini və Prezidentinə sonsuz etimadını bütün dünyaya növbəti dəfə nümayiş etdirdi. Səsvermədə qazanılan qələbə Xalq-Lider birliyinin Azərbaycanı bundan sonra da yeni nailiyyətlərə və uğurlara doğru aparacağını təsdiqlədi. Tarixin bütün dövrlərində hər bir liderin müqəddəs vəzifəsi öz xalqını və ölkəsini layiqincə təmsil etmək, onun mənafeyini qorumaq, təhlükəsizliyini təmin etmək, mümkün təhlükələrdən xilas etməkdən ibarət olub. Bu xoşbəxtlik hər bir liderə qismət olmur və liderin yanlış qərarları ilə çarəsiz və səfalət içində çabalayan ölkələr və xalqlar görmüşük. Təəssüflər olsun ki, belə nümunələr bugünümüzdə də mövcuddur. Amma xalqın içindən çıxan elə həqiqi liderlər də görmüşük ki, fəaliyyəti ilə millətinin sevimlisinə, fenomeninə çevrilib. Bir əsr bundan öncə dünya ilə savaşaraq xalqı üçün cümhuriyyət miras qoyub gedən Atatürk kimi… Azərbaycanı, onun müstəqilliyini qoruyaraq ölkəmizin düşmənlərinə yerini göstərərək Qurtuluş salnaməsi yazan Ümummilli Lider Heydər Əliyev kimi... Və 200 illik tariximizi şərəfləndirərək Azərbaycanı bütövləşdirərək xalqına Zəfər yaşadan Prezident İlham Əliyev kimi! Prezident seçildiyi gündən siyasi kursunun mərkəzində insan amilinin dayandığını bildirən, vətəndaşların hüquq və mənafelərinin dövlətin ali dəyəri elan edən cənab İlham Əliyev bütün fəaliyyəti dövründə vədinə sadiq qalmaqla cəmiyyətin mütləq əksəriyyətinin rəğbətini və etimadını qazana bildi. Ötən illərin reallıqları sübut etdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun müəyyən etdiyi sülh, sabitlik və tərəqqi yoluna sadiqlik cənab Əliyevə sevgi gətirdi. Beynəlxalq müstəvidə münasibətlərin yüksək səviyyədə qurulması, qüdrətli iqtisadiyyat və yeni çağırışlar üzərində güclü ordunun yaradılması uğura gedən yolun başlanğıcı oldu.
Hafiz Kərimov: Xalq növbəti dəfə İlham Əliyevlə davam əzmini və istəyini nümayiş etdirdi

7 fevral seçkilərində seçicilərin mütləq əksəriyyətinin məhz cənab İlham Əliyevi dəstəkləməsi ötən illərin uğurları və mükəmməl nəticələrin göstəriciləri oldu. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə ötən illərdə dövlət sosial proqramlarının səmərəli icrası nəticəsində hər bir azərbaycanlının yüksək həyat səviyyəsi, sosial təminatı üçün əlverişli şərait yaradıldı. Xalqın ümidlərini, yüksək etimadını doğruldan Prezident İlham Əliyev ölkənin inkişafının bütün sahələrində, o cümlədən iqtisadi, siyasi, sosial və mədəni sahələrdə başladığı genişmiqyaslı dəyişiklikləri həyata keçirdi. Məhz Prezidentin fəaliyyəti nəticəsində müasir Azərbaycan dünyada inkişaf etmiş iqtisadiyyatı, sağlam siyasi, o cümlədən sosial və biznes mühiti ilə tanınan dövlət kimi ən etibarlı tərəfdaşa çevrildi. Məhz bu siyasətin davamı kimi bu gün Azərbaycan dünyada layiqli olduğu yerdədir, beynəlxalq siyasətin koordinasiya sistemində mühüm rol oynayır, məqsədyönlü islahatlar siyasəti aparır, dünyada enerji resurslarının etibarlı təchizatçısı, qarantı kimi çıxış edir, regionda sülh və sabitlik üçün mühüm aktordur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uzunmüddətli layihələrdə iştirak edən bir sıra ölkələrin inkişafına töhfə verən nəhəng transmilli enerji və nəqliyyat layihələri həyata keçirilmişdir. Avropanın enerji təhlükəsizliyinin qarantı rolunu oynayan Cənub Qaz Dəhlizi, TANAP və TAP enerji layihələri də Azərbaycanın iqtisadi maraqlarını uzaq sahillərdə təşviq etmək məqsədi daşıyır. Azərbaycanın müttəfiqlərinin, dostlarının sayının artması məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində mümkün oldu. Regional və qlobal təşəbbüslər Azərbaycanın dünyada imicinin möhkəmlənməsinə, eləcə də regionda əməkdaşlığın inkişafına xidmət etdi. Bu gün Avrasiyada qlobal əhəmiyyətli layihələrin mühüm iştirakçısı kimi Azərbaycan böyük diqqət və hörmətlə xarakterizə olunur. Şübhəsiz ki, bütün bunlar xalqımızın şəriksiz lideri Prezident İlham Əliyevin tarixi xidmətləridir. Bununla yanaşı Prezident İlham Əliyev xalq-lider tandeminin sarsılmazlığını dünyaya nümayiş etdirən lider kimi xalqımızın canlı əfsanəsinə çevrildi, ümumxalq sevgisi qazandı, tarix üçün tarix yazdı. Prezident İlham Əliyev bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qəhrəman və sülhsevər, eyni zamanda, fədakardır, öz haqqını geri qaytarmağa, tarixi ədaləti bərpa etməyə qadirdir. Tarixi ədaləti Zəfər seçkisinin alternativi olmayan xalqın namizədi bərqərar etdi və sevgi ilə qalib oldu. 7 fevralda keçirilən növbədənkənar prezident seçkilərində bütün namizədlər üçün təşviqat imkanları yaradılmışdı. Ölkə qanunvericiliyinin və beynəlxalq standartların tələblərinə tam uyğun, şəffaf şəkildə keçirilən seçkilər dünya demokratiyası üçün də nümunə oldu. Beləliklə, 7 fevral seçkiləri ilə bir daha onu göstərdi ki, xalqımız Prezident İlham Əliyevlə davam əzmini, xarakterini nümayiş etdirərək Azərbaycanın növbəti uğurlarına, xoşbəxtliyinə yeddi illik mandat verdi. Olduqca haqlı qərar, düzgün seçim idi. Zəfərin mübarək, Azərbaycan!

Oxunub: 90
Paylaş:
Digər xəbərlər

---

22-01-2024, 12:00

Qara Allahverdiyev: Azərbaycan xalqını dünyaya qalib xalq kimi tanıdan yenilməz Liderə səs verək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

17-01-2024, 12:16

Araz Nəcəfov: Azərbaycan xalqını dünyaya qalib xalq kimi tanıdan yenilməz Liderə səs verək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-12-2023, 11:12

Dilarə Mövlayeva: Xalqa xidmət etmək Prezident İlham Əliyevin həyat fəlsəfəsidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-12-2023, 11:08

Hafiz Kərimov: Xalqın etimadını doğruldan Prezident [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

28-09-2023, 14:31

Hafiz Kərimov: Ali ehtiramın göstəricisi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 18:04
Sumqayıtda güclü yanğın oldu
Dün, 12:08
Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
Dün, 12:07
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
Dün, 10:21
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
5-10-2026, 14:20
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
5-10-2026, 12:30
“Fast food” yeyən yeniyetmələr zəhərləndi
Son xəbərlər
  • Dün, 18:10
    Əli Əsədov Dima Əl Yəhya ilə görüşdü
  • Dün, 18:05
    Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
  • Dün, 18:04
    Sumqayıtda güclü yanğın oldu
  • Dün, 18:03
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • Dün, 16:45
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • Dün, 12:08
    Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
  • Dün, 12:07
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • Dün, 10:21
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • Dün, 10:21
    Azərbaycan nefti bahalaşıb
  • Dün, 10:20
    Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
  • Dün, 09:48
    "Özümə deyirdim ki, atan yoxdur, niyə gülürsən?"
  • 5-10-2026, 15:30
    Əhməd dünya çempionu oldu!
  • 5-10-2026, 15:00
    "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
  • 5-10-2026, 14:30
    Danla Bilic yenidən əməliyyat olundu
  • 5-10-2026, 14:20
    Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
  • 5-10-2026, 14:00
    “Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”
  • 5-10-2026, 13:00
    Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
  • 5-10-2026, 12:33
    Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
  • 5-10-2026, 12:32
    "Belə kişidən boşanmaq lazımdır"
  • 5-10-2026, 12:30
    “Fast food” yeyən yeniyetmələr zəhərləndi
  • 5-10-2026, 12:00
    Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
  • 5-10-2026, 11:42
    "Belə kişidən boşanmaq lazımdır"
  • 5-10-2026, 11:42
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • 5-10-2026, 11:23
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • 5-10-2026, 11:23
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • 5-10-2026, 11:00
    Efirdə robotlarla davaya çıxdı
  • 5-10-2026, 10:50
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • 5-10-2026, 10:50
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • 5-10-2026, 10:30
    Sumqayıtda piyadanı maşın vurub öldürdü
  • 5-10-2026, 10:00
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • 5-10-2026, 09:00
    Nemət Pənahov vəfat etdi
  • 5-10-2026, 08:46
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • 5-10-2026, 08:31
    Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
  • 5-10-2026, 08:31
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • 4-10-2026, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə