Baku Network ekspert platformasında “Tofiq Abbasovla dialoq” verlişinin növbəti buraxılışı yayımlanıb.
Trend xəbər verir ki, verilişin bu buraxılışının qonağı Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, kinoşünas, rejissor, ssenarist, pedaqoq, televiziya aparıcısı və aktyor Ayaz Salayev olub.
Söhbət zamanı Ayaz Salayev tarixi yaddaş, milli münasibətlər və Azərbaycan cəmiyyətinin mənəvi irsi kimi mürəkkəb mövzular barədə şəxsi fikirlərini bölüşüb.
Ayaz Salayev xüsusilə Azərbaycan cəmiyyətinin tolerantlıq və mənəvi yetkinlik mövzusuna diqqət çəkərək qeyd edib ki, Azərbaycan məhz bu keyfiyyətləri ilə həqiqətən fəxr edə bilər.
Xalqlar arasında münasibətlərin gələcəyi barədə danışan Ayaz Salayev bildirib ki, əgər incəsənət xadimləri, tarixçilər, alimlər və müəllimlər dialoq və qarşılıqlı anlaşma məsuliyyətini öz üzərlərinə götürsələr, zaman və mədəniyyət yaxınlaşma prosesində həlledici rol oynaya bilər.
O, həmçinin onilliklər boyu ermənilərə və azərbaycanlılara üçüncü tərəfin vasitəçiliyi olmadan razılığa gələ bilməyəcəklərini təlqin edən xarici vasitəçilərin zərərli roluna da diqqət çəkib.
Verilişin sonunda Ayaz Salayev vurğulayıb ki, Qarabağın azad olunması təkcə hərbi deyil, həm də mənəvi baxımdan Azərbaycanın zəfəri olub - bu qələbə xalqın ruhunun böyüklüyünü, mətanətini və tarixi ədaləti üzə çıxarıb.
Trend verilişin tam videosunu təqdim edir: