• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"Vikipediya"nın özbək dili bölməsində erməni yalanları İFŞA OLUNDU - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

19-01-2024, 10:00

"Vikipediya"nın özbək dili bölməsində erməni yalanları İFŞA OLUNDU - FOTO


Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin vikipediya könüllüləri “Vikipediya”nın özbək dili bölməsində Zəngəzur məqaləsi əsaslı redaktə olunub.

Bu barədə Publika.az-a AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

Məqalədə XX əsrin əvvəllərindən xarici havadarların hərbi-siyasi dəstəyi ilə parça-parça Ermənistana birləşdirilən qədim Azərbaycan ərazisi olan Zəngəzur mahalı haqqında özbək dilində oxuculara geniş və ətraflı məlumatlar verilib.
Redaktə olunmuş məqalədə qeyd olunur ki, Zəngəzur Ermənistan və Azərbaycan ərazilərinin bir hissəsini əhatə edən tarixi ərazidir. Zəngəzur toponimi haqqında verilmiş məlumatda bildirilir ki, “Zəngi” – qədim türk tayfasının adıdır və bu gün də ərazidə əksər coğrafi toponimlər Türk mənşəlidir.

Məqalənin “Tarix” bölməsində arxiv sənədləri və tarixi faktlar əsasında məlumat verilir ki, 1905-1907-ci illər, eləcə də 1918-1920-ci illər ərzində erməni dəstələri tərəfindən Zəngəzurun azərbaycanlılar yaşayan kəndlərinə silahlı hücumların törədilmiş və bu hücumlar nəticəsində 100-dən çox kənd talan edilmiş, yandırılaraq yer üzündən silinmişdir.

Məqalədə 1920-ci il 10 avqust tarixində Rusiyanın Qafqaz Bürosunun Azərbaycanın Bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar qəbul etdiyi, Qarabağ və Zəngəzur bölgələrinin isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olunması vurğulanır. Burada o da qeyd olunur ki, daha sonra Azərbaycan Sov.K(b)P Siyasi və Təşkilat Bürosunun ümumi yığıncağının qərarı ilə Zəngəzurun Ermənistana verilməsi qəbul edilir.

Materialda 1988-ci ildə Qərbi Azərbaycan (indiki Ermənistan ərazisindən) təkcə Zəngəzurlular deyil, Göyçə, Dərələyəz və İrəvan mahalı sakinlərinin də öz ata-baba yurdlarından qovulduğu və terrora məruz qaldığı, habelə tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı qeyd olunur.

Vikiməqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır” sitatı da yer alıb.

Özbək dilində redaktə olunmiş vikiməqalədə tarixi sənədlərə isnad edilir və Fransanın “L'OEuvre jurnalı”nda 1920-ci il iyulun 14-də dərc olunmuş məqalənin fotoşəkili əks olunmuşdur. Jurnalda dərc olunmuş məqalədə isə Sovet Rusiyası ilə Ermənistan Respublikası arasında həmin ilin iyul ayının 1-də imzalanan müqaviləyə əsasən Azərbaycan ərazisi olan Zəngəzur bölgəsinin Ermənistana verilməsi faktı da əks olunub.
Vikiməqalənin “Zangezur koridori” adlı bölməsində Zəngəzur dəhlizi haqqında da məlumatı öz əksini tapıb.

Burada qeyd olunur ki, 2020-ci ilin sentyabrın 27-də başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvandan Azərbaycana birbaşa uzanan Zəngəzur dəhlizinin açılması məsələsidir. Özbək dilində yaradılmış bölmədə 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanatın təkcə hərbi əməliyyatların dayandırılması deyil, həm də Cənubi Qafqazda Ermənistanın təxminən 30 il ərzində davam etdirdiyi işğalçı siyasəti nəticəsində bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə hüquqi zəmin yaratdığı da əks olunub.

Vikiməqalənin “Iqtisodiy afzalliklari” (İqtisadi üstünlüklər) adlı bölməsində Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olması, regionlararası iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacağı da qeyd olunub. Burada vurğulanır ki, sözügedən layihə ümumdaxili məhsulu 1,1 trilyon dollardan çox olan türk dövlətlərini birləşdirən strateji və iqtisadi əhəmiyyət daşıyır və region ölkələri üçün əlavə üstünlüklər yaradır.

Məqalədə 2021-ci il 26 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin quruculuq işlərinin təməlqoyma mərasimində iştirakları, erməni işğalçılarından azad edilmiş bölgədə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, yəni Zəngəzur dəhlizinin əsasını təşkil edən yolun açılışı barədə məlumatlar və fotoşəkillər də öz əksini tapıb.

Məqalə ilə bu https://uz.wikipedia.org/wiki/Zangezur linkdə tanış olmaq mümkündür.

"Vikipediya"nın özbək dili bölməsində erməni yalanları İFŞA OLUNDU - FOTO"Vikipediya"nın özbək dili bölməsində erməni yalanları İFŞA OLUNDU - FOTO

Oxunub: 104
Paylaş:
Digər xəbərlər

Dünya

7-01-2024, 10:56

Türkiyəli nazir: "Zəngəzur dəhlizi layihəsinə Ermənistandan da müsbət siqnallar var" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

25-10-2023, 10:02

Saakaşvilidən şok: Rusiyanın Zəngəzur planı... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

15-09-2023, 12:42

Zəngəzur dəhlizi Türkiyə üçün çox önəmlidir, İran rəqibdir – Əhməd Sanda [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

13-09-2023, 15:26

Zəngəzur dəhlizi ilə bağlı işlərə başlanılır – Türkiyəli nazir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət / Video

6-07-2023, 09:00

Zəngəzur dəhlizi qaçılmaz tarixi reallıqdır – VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 18:04
Sumqayıtda güclü yanğın oldu
Dün, 12:08
Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
Dün, 12:07
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
Dün, 10:21
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
5-10-2026, 14:20
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
5-10-2026, 12:30
“Fast food” yeyən yeniyetmələr zəhərləndi
Son xəbərlər
  • Dün, 18:10
    Əli Əsədov Dima Əl Yəhya ilə görüşdü
  • Dün, 18:05
    Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
  • Dün, 18:04
    Sumqayıtda güclü yanğın oldu
  • Dün, 18:03
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • Dün, 16:45
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • Dün, 12:08
    Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
  • Dün, 12:07
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • Dün, 10:21
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • Dün, 10:21
    Azərbaycan nefti bahalaşıb
  • Dün, 10:20
    Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
  • Dün, 09:48
    "Özümə deyirdim ki, atan yoxdur, niyə gülürsən?"
  • 5-10-2026, 15:30
    Əhməd dünya çempionu oldu!
  • 5-10-2026, 15:00
    "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
  • 5-10-2026, 14:30
    Danla Bilic yenidən əməliyyat olundu
  • 5-10-2026, 14:20
    Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
  • 5-10-2026, 14:00
    “Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”
  • 5-10-2026, 13:00
    Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
  • 5-10-2026, 12:33
    Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
  • 5-10-2026, 12:32
    "Belə kişidən boşanmaq lazımdır"
  • 5-10-2026, 12:30
    “Fast food” yeyən yeniyetmələr zəhərləndi
  • 5-10-2026, 12:00
    Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
  • 5-10-2026, 11:42
    "Belə kişidən boşanmaq lazımdır"
  • 5-10-2026, 11:42
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • 5-10-2026, 11:23
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • 5-10-2026, 11:23
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • 5-10-2026, 11:00
    Efirdə robotlarla davaya çıxdı
  • 5-10-2026, 10:50
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • 5-10-2026, 10:50
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • 5-10-2026, 10:30
    Sumqayıtda piyadanı maşın vurub öldürdü
  • 5-10-2026, 10:00
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • 5-10-2026, 09:00
    Nemət Pənahov vəfat etdi
  • 5-10-2026, 08:46
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • 5-10-2026, 08:31
    Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
  • 5-10-2026, 08:31
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • 4-10-2026, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə