• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa… [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

26-02-2025, 12:32

Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…

Bir müddət əvvəl 2024-cü ilin noyabr ayında Goranboy rayon Statistika İdarəsində cari təmir üçün dövlət büdcəsindən ayrılmış vəsaitin növbəti cinayət tərkibi ilə icra olunaraq mənimsənilməsi haqqında elektron mediada məlumatlar yayılıb. Ətraflı burada: My Webpage
Aktualinfo.org sözügedən məlumatlar ətrafında apardığı araşdırmanı təqdim edir.
Goranboy rayon Statistika Idarəsi tərəfindən inzibati binanın cari təmiri üzrə bir mənbədən satınalma metodu ilə keçirilmiş kotirovka sorğusunda “YO-TQ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 24.126 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının internet portalında 07.11.2024-ci ildə dərc edilib.
Bundan əlavə Goranboy rayon Statistika Idarəsi tərəfindən qaz xəttinin çəkilişi üzrə bir mənbədən satınalma metodu ilə keçirilmiş kotirovka sorğusunda “GASPROM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4.731,63 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının internet portalında 16.11.2024-ci ildə dərc edilib.
Qeyd edək ki, Goranboy rayon Statistika Idarəsi Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanunun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:
Göründüyü kimi Goranboy rayon Statistika Idarəsi hər iki kotirovka sorğusunu təcili tələbatı açıqlamadan, xüsusi hüquqlara malik olmayan, onlarla əvəzedicisi və alternativi olan şirkətlər olduğu halda, şübhəli MMC -lər ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalma prosesində qanun pozuntularına yol verildiyinə əsaslı şübhələr yaradır.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “YO-TQ” (VÖEN: 6100200071) Məhdud Məsuliyyətli Cəmiyyətinin 24.08.2007-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, GORANBOY RAYONU, XANQƏRBƏND, qanuni təmsilçisi kimi isə Bayramova Minayə Muxtar qızı qeyd olunub. Reyestr məlumatlarına edilmiş dəyişiklikdə MMC-nin Səfərov Yunis Məmməd oğlu tərəfindən təsis olunduğu göstərilir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Goranboy rayonunun Xanqərvənd kəndində Bayramova Minayə Muxtar qızı və Səfərov Yunis Məmməd oğlu adında seçicilərin olmadığını aşkarladıq.
Qeyd edək ki, elektron mediada yayılan məlumatlarda “YO-TQ” MMC-nin işçilərinin olmadığını,Goranboy Statistika İdarəsinin rəisi Səxavət Qədirovun cari təmir işlərinin icrasını tikinti müəsisinə deyil, öz üzərinə götürduyu yazılır. Beləki, təmir işləri Statistika idarəsinin rəhbəri tərəfindən günəmüzd şəkildə gətirilmiş ixtisassiz fəhlələr ( bəzləri isə həmkəndliləri olmaqla) qeyri peşəkarlıqla, ümumilikdə 15 nəfərdən yuxarı işçilər tərəfindən qismən yerinə yetirilmişdir. Ümumiyyətlə 2024-cü ilin noyabr ayında işlər görülərkən həmin ümumilikdə 15 nəfərdən yuxarı işçilərlə cəmiyyət arasında heç bir əmək müqaviləsi bağlanmamış, materilaın alınması tikinti təşkilatınin vasitəsi ilə təşkil edilməmişdir.
Aktualinfo.org bütün bu araşdırılan və mediada göstərilən məlumatlara aydınlıq gətirilməsi məqsədi ilə Goranboy rayon Statistika Idarəsinin Satınalma Komissiyasına sorğu ünvanlamışdır. Sözügedən İdarədən sorğumuza verilən cavabda bildirilir ki, “Sizin sorğunuza cavab olaraq bildiririk ki, Goranboy rayon Statistika idarəsinin satınalma komissiyası tərəfindən iki dəfə (16.07.2024, 30.07.2024) dövlət satınalmalarının vahid internet portalı olan “e-tender” satınalma portalında kortirovka sorğusu elan edilmişdir, lakin hər dəfə təklif təqdim edən təchizatçıların sayının qanunvericiliklə müəyyən edilmiş saydan az olması səbəbindən keçirilmiş kortirovka sorğuları ləğv edilmişdir. Bu səbəbdən, Goranboy Rayon Statistika İdarəsinin inzibati binasının cari təmir işlərinin görülməsi üçün bir mənbədən satınalma metoduyla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 31.10.2024-cü il tarixli razılıq məktubu əsasında podratçı “YO-TQ” MMC ilə idarə tərəfindən müqavilə bağlanılmışdır. Bağlanmış müqavilədə layihə smeta sənədlərində nəzərdə tutulan cari təmir işləri əvvəldən sonadək “YO-TQ” MMC tərəfindən tam və keyfiyyətlə yerinə yetirilmişdir.
Həmçinin bildirmək istəyirik ki, idarənin binasına qaz xəttinin çəkilişi üçün də dövlət satınalmalarının vahid internet portalı olan “e-tender” satınalma portalında üç dəfə (05.07.2024, 25.07.2024, 19.09.2024) kortirovka sorğusu keçirilmişdir, lakin hər dəfə təklif təqdim edən təchizatçıların sayının qanunvericiliklə müəyyən edilmiş saydan az olması səbəbindən keçirilmiş kortirovka sorğuları ləğv edilmişdir. Bu səbəbdən, Goranboy rayon Statistika idarəsinin inzibati binasına qaz xəttinin çəkilişi üçün bir mənbədən satınalma metoduyla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 04.11.2024-cü il tarixli razılıq məktubu əsasında podratçı “GASPROM” MMC ilə idarə tərəfindən müqavilə bağlanılmışdır. Qaz xəttinin çəkilişi layihə smeta sənədləri əsasında “GASPROM” MMC tərəfindən yerinə yetirilmişdir.”Qeyd edək ki, Goranboy rayon Statistika Idarəsinin sorğumuza cavabında hər şeyin qanun çərçivəsində olduğu bildirilir. Lakin sorğuda bir sual cavabsız qalıb. MMC-ni kimlər idarə edir? Goranboy rayonunun Xanqərvənd kəndində seçicilərin siyahısında adı olmayan Bayramova Minayə Muxtar qızının görəsən bu işlərdən xəbəri varmı? Ümumiyyətlə bir mənbədən satınalma metodu ilə keçirilmiş kotirovka sorğusunda təchizatçıların müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, təcrübəsi,əmək müqaviləsi olan işçi qüvvəsi, maliyyə imkanları nəzərə alınırmı? Yoxsa elə bir mənbədən deyib kiminlə gəldi müqavilə bağlanılır. Bu sualın cavabını isə yəqin ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində axtarmaq lazım gələcək.

Aktualinfo.org

Oxunub: 91
Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

7-02-2025, 12:03

Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

14-01-2025, 12:11

Bakı Şəhər İcra Hakimiyyəti də Elnur Çarçarovun MMC-ləri ilə işbirliyinə başladı -İLGİNC FAKTLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

6-12-2024, 12:08

Tovuzun İcra başçısı Məmməd Məmmədov milyonları həm də belə qazanır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-11-2024, 12:48

Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Araşdırma

10-10-2024, 09:21

Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Hadisə
Dün, 13:27
“Sovetski”də meyit aşkarlandı
Dün, 13:24
Toyda zəhərlənənlərin sayı 30-a çatdı
28-09-2026, 15:06
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
28-09-2026, 14:32
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
28-09-2026, 14:29
Tanınmış jurnalist Əvəz Zeynallı VƏFAT ETDİ
25-09-2026, 09:46
Meyiti ot tayalarının arasından tapıldı
Son xəbərlər
  • Bugün, 09:08
    Kubilayla Hafsanur ayrıldı
  • Bugün, 09:04
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • Bugün, 08:50
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • Bugün, 08:49
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Bugün, 08:24
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Dün, 21:45
    Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib
  • Dün, 17:21
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dün, 16:07
    BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
  • Dün, 13:27
    “Sovetski”də meyit aşkarlandı
  • Dün, 13:26
    Azərbaycan millisi növbəti matçına çıxır
  • Dün, 13:25
    "Mədəniyyətiniz olsun, buna pul xərcləmişəm"
  • Dün, 13:24
    Spotify və TikTok Azərbaycanda vergi uçotuna alındı
  • Dün, 13:24
    Toyda zəhərlənənlərin sayı 30-a çatdı
  • Dün, 13:23
    8 Noyabr prospektinə giriş bağlandı
  • Dün, 07:45
    Əsgərliyə çağırış sistemi dəyişdirilir
  • Dün, 07:44
    Həyat yoldaşına ad günündə maşın hədiyyə etdi
  • 28-09-2026, 15:22
    Həyat yoldaşına ad günündə maşın hədiyyə etdi
  • 28-09-2026, 15:22
    Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
  • 28-09-2026, 15:06
    Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
  • 28-09-2026, 15:06
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 28-09-2026, 14:32
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 28-09-2026, 14:29
    Tanınmış jurnalist Əvəz Zeynallı VƏFAT ETDİ
  • 28-09-2026, 14:29
    LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
  • 28-09-2026, 13:38
    LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
  • 28-09-2026, 13:38
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • 26-09-2026, 14:35
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • 26-09-2026, 14:34
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 25-09-2026, 11:30
    Ağ dərili cütlüyün qaradərili uşağı doğuldu, ailədə böhran yarandı
  • 25-09-2026, 09:50
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 25-09-2026, 09:49
    Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA
  • 25-09-2026, 09:48
    Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq
  • 25-09-2026, 09:47
    Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
  • 25-09-2026, 09:46
    Meyiti ot tayalarının arasından tapıldı
  • 25-09-2026, 09:46
    Gəncədə 15 yaşlı oğlan bıçaqlandı
  • 25-09-2026, 09:45
    Bank kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə