• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"Talassemiya işi" ilə bağlı məhkəmədə tanınmış həkim Mircəlal Kazımı ifadə verib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

23-04-2025, 16:37

"Talassemiya işi" ilə bağlı məhkəmədə tanınmış həkim Mircəlal Kazımı ifadə verib

Talassemiyalı uşaqlar və digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mərkəzi Gömrük Hospitalının həkimi Mircəlal Kazımı və Talassemiya Mərkəzininin sabiq baş həkimi Xuraman Cəfərova ifadə veriblər.

Şahid Xuraman Cəfərova deyib ki, Bakı Baş Səhiyyə Mərkəzində hazırda aparıcı mütəxəssis vəzifəsində çalışır. Onun sözlərinə görə, 2012-ci ildən 2022-ci ilə qədər Talassemiya Mərkəzində çalışıb, həmçinin qısa müddət ərzində mərkəzdə baş həkim vəzifəsini icra edib.

"Təqsirləndirilən şəxslərdən Aynur xanımı 2022-ci ilin aprel ayından kuryer kimi tanımışam. Mən baş həkim təyin olunandan sonra bir nəfər zərərçəkən dedi ki, Aynur xanım onlardan pul götürüb. O, xahiş etdi ki, bu barədə heç kimə bildirməyim. Zərərçəkən məsələ barədə kiməsə danışacağım təqdirdə, yaxınının əməliyyata götürülməyəcəyindən qorxurdu. Lakin buna baxmayaraq, mən məsələ ilə bağlı rəhbərliyə məlumat verdim, ondan sonra Aynur Bayramova mərkəzə buraxılmadı. Mən xəstə yaxınlarından kuryerə niyə bu qədər etibar etdiklərini soruşurdum", - şahid deyib.

Xuraman Cəfərova əlavə edib ki, o, Talassemiya Mərkəzinə baş həkim təyin olunandan sonra bu məsələnin üstü açılıb:

"Türkiyədən "Medical Park" xəstəxanasının uzman həkimi bizə gəlirdi. Bizim bir neçə xəstəmiz orada əməliyyat olunurdu. O, bura gələndə Aynur xanım da onun yanında qeydiyyatçı kimi gəlirdi. Əməliyyatın pulunun hansısa şirkətin ödəməsi barədə məlumatım olmayıb. Bunu yalnız xəstələrdən öyrənmişəm. 2009-cu ildən bizim pasiyentlərimizi Türkiyəyə göndərirdilər, daha sonra xəstə sayı çoxaldıqca oradan Akif doktor özü bura gəlirdi".

Məhkəmə tərkibinin üzvü Şəlalə Həsənova Xuraman Cəfərovadan Aynur Bayramova kuryer olduğu halda Talassemiya Mərkəzində necə sərbəst hərəkət etdiyini soruşub. X. Cəfərova cavabında bildirib ki, o, baş həkim təyin olunandan sonra belə hallara rast gəlinməyib.

"Aynur Bayramova ilə əlaqəm olmayıb. İki dəfə donor barədə sual vermişəm. O, "Medical Park"a gedib-gəlirdi deyə, bunlardan məlumatı var idi", - şahid bildirib.

Təqsirləndirilən Aynur Bayramova şahid Xuraman Cəfərovaya ona Talassemiya Mərkəzində otaq verilib-verilməməsi ilə bağlı sual verib:

"Sizin baş həkimliyiniz dövründə "Urmed help" şirkəti Talassemiya Mərkəzinə necə daxil olub? Xuraman xanım Nuridə Seyidovaya xəstə göndərib. Onun ifadələri yanlışdır. Dedi ki, o, baş həkim təyin olunandan sonra mən Talassemiya Mərkəzinə daxil ola bilməmişəm, lakin yalan deyir, Xuraman Cəfərova baş həkim təyin olunandan sonra da mərkəzə daxil olurdum".

Şahid Xuraman Cəfərova Aynur Bayramovaya Talassemiya Mərkəzində otaq vermədiyini deyib.

Sonra prosesdə şahid qismində Mərkəzi Gömrük Hospitalının həkimi Mircəlal Kazımı ifadə verib. O deyib ki, Aysel Məmmədovanı və Nuridə Seyidovanı tanıyır:

"Orqan transplantasiyası artıq İcbari Tibbi Sığorta hesabına ödənilir, lakin bundan əvvəl xəstə öz hesabına etdirirdi. Nuridə Seyidovanın şirkəti həmin vaxt xəstələrə yardım edir, onlar əməliyyat olunurdu. Daha sonra 5 xəstənin əməliyyat pulu ödənilmədi. Buna görə də, "Urmed help" şirkəti ilə müqaviləyə xitam verildi. Təxmini 10-a yaxın xəstə həmin şirkət tərəfindən əməliyyat olunmuşdu".

Şahid Mircəlal Kazımının sözlərinə görə, xəstəxanaya ödənişlər rəsmi şəkildə həyata keçirilib:

"Aysel Məmmədova ilə xəstələrə kömək olunması ilə bağlı telefon danışıqlarımız olurdu. Müqaviləni Mərkəzi Gömrük Hospitalı ilə "Urmed help" şirkəti bağlamışdı. Müqavilə bağlananda mən iştirak etməmişəm".

Prosesdə Mircəlal Kazımı ilə Aysel Məmmədova arasındakı telefon danışığı dinlənilib.

Belə ki, Aysel Məmmədova həkim ilə danışan zaman Mircəlal Kazımıyə polisin ondan izahat götürdüyünü bildirib. O, telefon əlaqəsi zaman həkimə onun və Tariyel doktorun adlarını da izahatında qeyd etdiyini deyib.

Səs yazısını münasibət bildirən Mircəlal Kazımı deyib ki, Aysel Məmmədova ilə telefon danışığı zamanı o, yalnız xəstələrlə bağlı narahatlığını bildirib.

Daha sonra zərərçəkənlər Talassemiya Mərkəzinin sabiq direktoru Valeh Hüseynovun məhkəməyə çağırılması ilə bağlı vəsatət veriblər.

Məhkəmə vəsatəti rədd edib. Hakim Azad Məcidov bildirib ki, bəzi adamlar məhkəməyə çağırılanda gəlmirlər:

"Onlar barəsində məcburi gətirilmə qərarı çıxarılsa, belə gəlmirlər. Həmçinin gələn adamlar da yeni bir şey danışmırlar. Ona görə də, əlavə şahidlərin çağırılmasına ehtiyac yoxdur".

Həmçinin prosesdə hakim Azad Məcidov sənədlərin tədqiqi mərhələsinə keçildiyini bildirib.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub.

Məlumat əsasında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub.

Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Oxunub: 86
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

19-12-2024, 17:13

TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

17-12-2024, 19:04

"Müğənni Dəniz Əsədova Aygün adı ilə xəstəxanada işləyib" - 1,6 milyonluq cinayət işi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

2-10-2024, 16:07

"İnstapower" işində YENİ DETALLAR – “76 milyon manat Honkonqa KÖÇÜRÜLÜB” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

27-02-2024, 11:17

Tanınmış həkim sevgilisi ilə birlikdə həyat yoldaşını döydü - KİV [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

16-08-2023, 10:20

Gömrük Komitəsinə işə düzəldəcəyini dedi, 33 min aldı, həbs olundu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
Hadisə
Bugün, 14:30
18 milyonluq 2 tablonu muzeydən oğurladılar
Bugün, 13:30
Dələduzların hədəfi bu dəfə Xuraman Şuşalı oldu
Bugün, 11:00
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
Bugün, 09:00
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
12-09-2026, 12:10
Bakıda qadın küçədə öldü
12-09-2026, 11:47
Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
Son xəbərlər
  • Bugün, 14:30
    18 milyonluq 2 tablonu muzeydən oğurladılar
  • Bugün, 14:00
    Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə
  • Bugün, 13:30
    Dələduzların hədəfi bu dəfə Xuraman Şuşalı oldu
  • Bugün, 13:00
    Yataraq 2 milyon qazanacaqlar
  • Bugün, 12:30
    “Axır ki, 34 il sonra görüşdük”
  • Bugün, 12:00
    “Necə olur xarici film gəlib burada 1 milyon qazanır, bizimki yox?“
  • Bugün, 11:30
    “Yeraltı”nın yayım tarixi bəlli oldu
  • Bugün, 11:00
    Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
  • Bugün, 10:30
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Bugün, 10:00
    Azərbaycan ədəbiyyatına AĞIR İTKİ
  • Bugün, 09:00
    Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb
  • Bugün, 08:48
    Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 12-09-2026, 12:10
    Bakıda qadın küçədə öldü
  • 12-09-2026, 11:48
    iPhone 18 Pro və Pro Max-ı təqdim etdi
  • 12-09-2026, 11:47
    “Kızılcık şerbeti” bu tarixdə başlayır
  • 12-09-2026, 11:47
    Azərbaycanda NADİR HADİSƏ: uşaq bətnində yox, qaraciyərindədir
  • 12-09-2026, 10:58
    Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
  • 12-09-2026, 10:57
    Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
  • 11-09-2026, 17:35
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:37
    Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
  • 11-09-2026, 15:36
    Sabah çimərlik havası olacaq?
  • 11-09-2026, 15:34
    Xarici diplomatlar Qarabağ Universitetində olublar
  • 11-09-2026, 15:33
    Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər
  • 11-09-2026, 13:55
    Şəkidə 4 nəfəri çaqqal dişləyib
  • 11-09-2026, 13:52
    Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
  • 11-09-2026, 13:51
    Pensiya alanlara şad xəbər
  • 11-09-2026, 11:37
    Faciədən əvvəlki görüntüləri
  • 11-09-2026, 10:08
    Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir
  • 11-09-2026, 10:08
    Sabirabadda kişinin meyiti anbarda tapıldı
  • 11-09-2026, 10:06
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • 10-09-2026, 21:38
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 17:57
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü”
  • 10-09-2026, 12:25
    Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
  • 10-09-2026, 12:24
    Bərdədə "Mercedes" qadını vurub öldürdü
  • 10-09-2026, 12:24
    ANAMA əməkdaşı Xocalıda minaya DÜŞDÜ
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə